Bank Respublika ilin ilk yarısı 26 mln. manat üzərində xalis mənfəət əldə edib – 49%-lik artım
"Bank Respublika" ASC 2024-cü ilin ilk yarımilində 26.26 milyon manat xalis mənfəət əldə etməklə, 2023-cü ilin müvafiq dövründəki 17.59 mln. manatı 49% üstələyib.
Banker.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, kommersiya bankının cəmi gəlirləri ilin birinci yarısında 129.22 mln. manat olub. Bu göstərici 2023-cü ilin eyni dövründəki 106.75 mln. manatı 21% üstələyib.
Bankın digər cəmi xərcləri isə illik cəmi 12% artaraq 95.82 mln. manat olub.
Bununla da, bankın əməliyyat mənfəəti illik müqayisədə 52% artaraq 33.36 mln. manat təşkil edib. Keçən ilin analoji dövründə bu rəqəm 21.91 mln. manat idi.
Bankın ilk yarımildəki xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 74.4 mln. manata yüksəlib.
Bank Respublika-nın aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 2% artaraq 2 mlrd. 225.4 mln. manata yüksəlib. Müştərilərə verdiyi kreditlərin həcmi ilin əvvəlindən 6% artımla 1 mlrd. 242.4 mln. manat olub. Portfeldə artım üç bölgü üzrə hər birində davam edib. Belə ki, istehlak 10% artımla 274.8 mln. manata, biznes 4% artımla 835.5 mln. manata, ipoteka kreditləri isə 131.9 mln. manata yüksəlib.
Bankın cəmi öhdəlikləri son 6 ayda 4% artaraq 2 mlrd. 53.6 mln. manat olub, o cümlədən depozitlərin həcmi ilin əvvəlindən 3% artaraq 1 mlrd. 487 mln. manat olub.

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları