Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
®Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin birinci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq, ölkənin bank sektorunun liderlərindən biri statusunu möhkəmləndirib.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
Bankın aktivləri 30% artaraq 2,23 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Bankın məcmu kapitalı 30,6% artaraq 184,8 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
Bankın depozit portfeli 39% artaraq 1,49 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Bankın xalis faiz gəlirləri 33% artaraq 70,878 milyon manata çatıb.
Bankın xalis əməliyyat mənfəəti 52% artaraq 33,386 milyon manata çatıb.
I dərəcəli kapitalın adekvatlıq əmsalı – 8,56% (norma 6%)
Məcmu kapitalın adekvatlıq əmsalı – 13,11% (norma 12%)
Leverec əmsalı – 5,52% (norma 5%)
Bankın xalis mənfəəti 49% artaraq 26,26 milyon manat təşkil edib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları