Bank Respublika növbəti dəfə "Azərbaycanda ən fəal emitent-bank" adına layiq görüldü
®Bank Respublika, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2024-ci il üzrə "Azərbaycanda ən fəal emitent-bank" mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafat "Bank Respublika"nın bu sahədə üçüncü il ardıcıl olaraq qazandığı uğurudur.
Mükafat EBRD-nin London şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub.
"Bank Respublika"ya təqdim olunan bu nüfuzlu mükafat, bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində göstərdiyi yüksək aktivliyi, risklərin idarə olunması bacarığını və müştərilərə təqdim etdiyi effektiv maliyyə həllərini bir daha təsdiqləyir. EBRD ilə uğurlu əməkdaşlıq nəticəsində, Bank Respublika xarici ticarət əməliyyatlarında daha geniş imkanlar təqdim edərək, ölkənin ixrac və idxal potensialının dəstəklənməsinə töhfə verməkdədir.
Bu nailiyyət "Bank Respublika"nın beynəlxalq maliyyə institutları ilə güclü tərəfdaşlıq əlaqələrinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində peşəkar komandasının əzmli fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat yalnız Bank Respublika-nın deyil, ümumilikdə Azərbaycanın regional ticarətdə artan rolunun əyani sübutudur.
Bank Respublika müştərilərinə ticarətin maliyyələşdirilməsi üzrə geniş çeşiddə məhsul və xidmətlər təqdim etməyə davam edir və Azərbaycanın iqtisadi inkişafına töhfə verməyi əsas prioritetlərindən biri hesab edir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
Enerji xərclərinizi "Unibank"la azaldın
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Mcdonalds françayzinqi neçiyədir?
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
İnvestisiyanın necə cəlb etmək olar?
SWIFT nədir?