Bank Respublika və "Sabah" – uğura aparan uzunmüddətli tərəfdaşlıq
®25 avqust Azərbaycan futbolu üçün tarixi gün oldu. "Sabah" Futbol Klubu ilk dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanaraq böyük uğura imza atdı.
Pley-off mərhələsinin həlledici qarşılaşmasında İsrailin "Hapoel Beer-Şeva" komandasını 5:2 hesabı ilə məğlub edən "Sabah" Azərbaycan futbolu üçün əlamətdar nəticə əldə etdi.
Bu uğurun diqqətçəkən tərəflərindən biri klubun keçdiyi inkişaf yolu və bu yolun başlanğıcından etibarən ona göstərilən dəstəkdir. Bank Respublika "Sabah"ın yarandığı ilk dövrlərdən gənc klubun yanında olub və illər ərzində bu əməkdaşlığı davam etdirib.
Bu, Bank Respublikanın biznesdə tətbiq etdiyi yanaşmanın idmanda da davamıdır: potensiala inanmaq, inkişaf üçün uzunmüddətli dəstək vermək və nəticəyə gedən yolda tərəfdaşının yanında olmaq.
"Sabah"ın keçdiyi yol bunun bariz nümunəsidir. Bir vaxtlar böyük hədəflərlə yola çıxan gənc klub bu gün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində Azərbaycanı təmsil edəcək. Bu nəticə göstərir ki, idmana sponsorluq yalnız loqonun formada və ya stadionda görünməsi deyil. Sistemli və ardıcıl dəstək düzgün strategiya və əzmkarlıqla birləşdikdə real uğura çevrilir.
Ümid edək ki, Bank Respublikanın bu yanaşması digər Azərbaycan şirkətləri üçün də nümunə olacaq və özəl sektor ölkə idmanına, perspektivli komanda və idmançılara daha fəal və uzunmüddətli dəstək verəcək.
"Sabah"a Çempionlar Liqasının əsas mərhələsində uğurlar, Azərbaycan idmanına isə yeni qələbələr arzulayırıq!
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144 / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?