"Bank Respublika"dan 2024-cü ilin nəzərəçarpan göstəriciləri – YENİ REKORD
Bank Respublika 2024-cü ili möhtəşəm maliyyə nəticələri ilə başa vurdu
Bakı, 15 yanvar, 2025. Bank Respublika 2024-cü ili onun dayanıqlılığını və etibarlılığını təsdiqləyən möhtəşəm maliyyə nəticələri ilə başa vurub.
Hesabata əsasən, Bank, Azərbaycanda bank xidmətləri bazarındakı lider mövqelərini daha da gücləndirib və ötən illə müqayisədə bütün maliyyə göstəriciləri üzrə dinamik inkişaf nümayiş etdirib:
Bankın aktivləri artaraq 2,18 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Bankın məcmu kapitalı 34% artaraq 222,23 milyon manat təşkil edib, bu isə tənzimləyici normadan 4 dəfə çoxdur.
Bankın kredit portfeli 25% artaraq 1,47 milyard manat təşkil edib.
Bankın xalis faiz gəliri 29% artaraq 150,54 milyon manat olub.
Bankın xalis əməliyyat mənfəəti 31%-dən çox artaraq 68,66 milyon manat olub.
Bankın xalis mənfəəti 26% artaraq 50,57 milyon manat təşkil edib.
2024-cü ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB Global), Niderland İnkişaf Bankı (FMO) və Cənub-Şərqi Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
Ötən il rəqəmsal texnologiyaların inkişafı sahəsində də mühüm bir il olmuşdur. Rəqəmsal həllərin uğurlu tətbiqi və bank xidmətləri çeşidinin genişləndirilməsi, "Bank Respublika"ya müştərilərin etimadını gücləndirmək və yeni tərəfdaşlar cəlb etmək imkanı yaratmışdır. Bank, həmçinin, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra sosial və ekoloji təşəbbüslərdə fəal iştirak etmişdir.
"2024-cü il bizim üçün yeni çağırışlar və böyük uğurlar ili oldu. Bu nailiyyətlər, ölkəmizin bütün sahələrdə dayanıqlı inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şərait sayəsində əldə edilib. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və loyallıqlarına görə, eləcə də müştərilərimizə və tərəfdaşlarımıza göstərdikləri etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminik ki, 2025-ci il bizim üçün yeni perspektivlər və inkişaf imkanları açacaq. Bank Respublika, yeni innovativ həllərin tətbiqi və müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi üzərində aktiv işləməyə davam edərək maliyyə sektorunun liderlərindən biri kimi öz mövqeyini gücləndirəcək." deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları