"Bank Respublika"nın biznes kreditləri portfeli 1 milyard manatı aşıb - BANKIN VƏZİYYƏTİ MƏLUM OLUB

"Bank Respublika" ASC 2024-cü ili 50 milyon 570 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 40 milyon 253 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2024-cü ildə 2023-ü illə müqayisədə 10 milyon 317 min manat və ya 25,6% artıb.
GƏLİRLƏRİ ARTIB
"Marja.az" Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Bank Respublika"nın cəmi əməliyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 276 milyon 408 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 207 milyon 748 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 68 milyon 660 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 222 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (bu məbləğin kiçik olması diqqəti cəlb edir), 14 milyon 867 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Bank Respublika"nın cəmi əməliyat gəlirləri 230 milyon 602 min manat, cəmi əməliyyat xərcləri 178 milyon 357 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti  52 milyon 245 min manat təşkil etmişdi. Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 253 min manat mənfəətə əlavə olunmuşdu. 2023-cü ildə "Bank Respublika 12 milyon 245 min manat mənfəət vergisi ödəmişdi.
Əməliyyat gəlirlərindəki 45 milyon 806 min manatlıq artım, əməliyyat xərclərindəki 29 milyon 391 min manatlıq artımı 16 milyon 415 min manat üstələdiyindən ötən il "Bank Respublika"nın əməliyyat mənfəəti bir o qədər də artıb.
BANK BÖYÜYÜB
31 dekabr 2024-cü il tarixində "Bank Respublika" ASC 2 milyard 176 milyon 633 min manat cəmi aktivlərə malik olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 45 milyon 657 min manat və ya 2,1% çoxdur.
BİZNES KREDİTLƏRİ PORTFELİ 1 MİLYARD MANAT SƏVİYYƏSİNİ KEÇİB
Ötən il "Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 297 milyon 657 min manat və ya 25,3% artaraq 1 milyard 471 milyon 886 min manata yüksəlib. O cümlədən, Bankın biznes kreditləri portfeli 211 milyon 981 min manat və ya 26,5% artaraq 1 milyard 13 milyon 361 manaat çatıb. Bankın istehlak kreditləri portfeli 61 milyon 522 min manat artaraq 312 milyon 266 min manata, ipoteka kreditləri portfeli isə 24 milyon 394 min manat artaraq 146 milyon 259 min manata qalxıb.
2024-cü ildə "Bank Respublika"nın depozit portfeli 95 milyon 704 min manat və ya 6,6% azalaraq 1 milyard 348 milyon 87 min manata düşüb. Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri isə 114 milyon 210 min manat və ya  27,2% artaraq 534 milyon 529 min manata yüksəlib.
Qeyd edək ki, "Bank Respublika" ASC-nin depozit portfelinin kiçilməsi düşünülmiş bir addım ola bilər. Adətən daxili bazardan vəsait cəlb etmək bahalı olduqda banklar xaricdən daha münasib şərtlər ilə kredit cəlbini artırırlar. Ötən il "Bank Respublika" ASC bir neçə xarici maliyyə təşkilatı ilə kredit sazişi imzalayıb. Bunu Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərindəki artım da təsdiq edir.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "Bank Respublika" ASC 222 milyon 296 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 165 milyon 910 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa


iqtisadi xeberler valyuta xeberleri dollar mezenne bitcoin biznes xeberleri