"Bank Respublika"nın səhm qiymətləri artırılır

"Bank Respublika" ASC nizamnamə kapitalını təxminən 39,55 mln manat və ya 19,7% artıraraq 240,30 mln manata çatdıracaq.
Banker.az xəbər verir ki, qərar bankın səhmdarlarının 24 sentyabr 2026-cı ildə keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.
Kapital artımı əvvəlki illərin bölüşdürülməmiş xalis mənfəəti hesabına həyata keçiriləcək. Bankın dövriyyədə olan 30 milyon 188,2 min ədəd adi səhminin sayı dəyişməyəcək, lakin hər bir səhmin nominal dəyəri 6,65 manatdan 7,96 manata qaldırılacaq.
Beləliklə, səhmlərin ümumi nominal dəyəri hazırkı təxminən 200,75 mln manatdan 240,30 mln manata yüksələcək. Səhmlərin qapalı yerləşdirilməsi nəzərdə tutulur.
Kapital artımı "Bank Respublika"nın "AccessBank" ilə birləşmə prosesi fonunda baş verir. Sentyabrın 11-də hər iki bankın səhmdarları strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Razılaşmaya əsasən, "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni əldə edəcək.
Əqdin satınalma mərhələsinin 2026-cı ilin noyabrınadək tamamlanması nəzərdə tutulur. Bunun müqabilində "AccessBank"ın mövcud səhmdarları "Bank Respublika"nın yeni buraxılacaq imtiyazlı səhmlərini əldə edəcəklər. Həmin səhmlər bankın nizamnamə kapitalının ümumilikdə 25%-ni təşkil edəcək. Əqdin dəyəri açıqlanmayıb.
Satınalma tamamlandıqdan sonra bankların ilkin mərhələdə ayrıca fəaliyyət göstərməsi, daha sonra isə tənzimləyici tələblərə uyğun şəkildə vahid bankda birləşdirilməsi planlaşdırılır. "AccessBank"ın açıqlamasına görə, tam birləşmə prosesinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.
"AccessBank"ın səhmdarlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası — IFC bankda 16,56% paya malikdir və sövdələşmə tamamlandıqdan sonra da Azərbaycanda maliyyə sektoruna uzunmüddətli investor kimi cəlb olunmaq niyyətində olduğunu bildirib.

Banklar     Tarix: 05 oktyabr 2026

Oxşar xəbərlər

Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə

Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorlarına verilmiş kreditlərin ümumi həcmi 2026-cı ilin avqustunun sonunda 520,8 milyon manat təşkil edib. Mərkəzi Bankın statistik məlumatlarına istinadə

Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) boyunca yerləşən 16 ən prioritet və genişmiqyaslı infrastruktur layihəsinin ümumi dəyəri 25,1 milyard ABŞ dollarına çatır. Bu barədə Dünya Bankının "İnteqrasiya

Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib

Azərbaycanda ticarət və xidmət sektoruna verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten – 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayını

"Bank Respublika"nın nizamnamə kapitalı artırılır - 320 MİLYON MANATA ÇATACAQ

"Bank Respublika"ASC-nin nizamnamə kapitalının daha 39 546 542 manat və yaxud 19,7 % artırılaraq 200 751 530 manatdan 240 298 072 manata çatdırılması planlaşdırılır. Məlumata görə, kapital artımı Bankın dövriyyəd

Azərbaycan-Oman İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq. bu barədə "Azər-Türk Bank"a istinadən xəbər verir

Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib

2026-cı ilin Avqust ayında Real Vaxt Rejimində Hesablaşmalar Sistemində (AZIPS) 202,3 min əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbə

20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzalana

Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib. Azərbaycan Respublikasının Ekologiya və Təbi

Tikinti sektoruna verilən kreditləri kəskin artıb

Azərbaycanda tikinti sektoruna verilən kreditlər sürətlə artıb. Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda banklar və qeyri-bank təşkilatlarının inşaat və tikinti sektoruna kreditlər


iqtisadi xeberler emlak xeberleri iqtisadiyyat xeberleri bitcoin biznes ideyalari