Bank sahibkarlara özəl yeni filialını açdı
(®) Rahat Bankçılıq şüarı ilə müştərilər üçün xidmətlərini daha da əlçatan edən "Rabitəbank" ASC, sahibkarlara özəl "Kiçik və Orta Biznes Mərkəzi" (KOB) filialının rəsmi açılışını edib.
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 3 (Collezonia İtalia-nın arxası) ünvanında yerləşən yeni filial əsasən sahibkarlara xidmət göstərmək üçün nəzərdə tutulsa da, bank bildirib ki, burada fiziki şəxslər də öz bank əməliyyatlarını həyata keçirə bilərlər.
"Fərqli filial dizaynı və özəlləşdirilmiş xidmət servisi ilə ənənəvi bank filiallarından seçilən yeni KOB Mərkəzimizdə sahibkarlar və hüquqi şəxslər bank xidmətlərindən daha rahat və sürətli şəkildə yararlana biləcəklər. Belə ki, yeni filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, biznes kreditləri əldə edə, ən əsası da müştəriyə individual yanaşma ilə özlərini rahat ofis şəraitində hiss edə biləcəklər.
Həmçinin qeyd etmək istəyirəm ki, Rabitəbank, korporativ kreditlər üzrə 144 milyon, KOB kreditləri üzrə 137 milyon, mikrokreditlər üzrə 42 milyondan çox kredit portfelinə sahibdir.
Müştəri məmnuniyyətinin prioritetini nəzərə alaraq gələcəkdə kiçik və orta bizneslə sahibkarlar üçün ixtisaslaşdırılmış filialların sayını artırmağı hədəfləyirik", - Rabitəbank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Orhan Gültekin filialın rəsmi açılışı zamanı bildirib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər filialda biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti, korporativ kredit) müraciət edə biləcəklər. Eyni zamanda, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış güzəştli kredit məhsullarından yararlanmaq mümkün olacaq.
Kiçik və orta sahibkarlığa xidmət səviyyəsini gündən-günə inkişaf etdirən Rabitəbank, həmçinin, müştərilərinə banka gəlmədən də öz hesablarını idarə edə bilmələri üçün innovativ İnternet Bankçılıq xidmətini təqdim edir:


Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?