Bank sektoru kənar şəxslərin pullarından daha ucuz faydalanır

Bank sektoru kənar şəxslərin pullarından daha ucuz faydalanırAzərbaycan banklarının depozitlər üzrə faiz xərcləri məbləğ ifadəsilə artıb. 2022-ci ilin 10 ayı ərzində bankların cəmi depozit faizləri xərci bütün 2021-ci ildəki məbləği də ötüb. Eyni dövrdə banklarda depozitlərin artması da nəzərə alındıqda, bank sektorunun kənar şəxslərin pullarından daha ucuz faydalandığı məlum olur.  
Marja.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2022-ci ilin 10 ayında bankların depozitlər üzrə ödədikləri faizlər 367,6 milyon manat təşkil edib. Bu, bankların bütün 2021-ci il ərzində ödədiyi faizlərdən (362,3 milyon manat) 5,3 milyon manat çoxdur.
2021-ci ilin 10 ayında bankların depozitlər üzrə faiz xərcləri 297,2 milyon manat təşkil etmişdi. Beləliklə, 2022-ci ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə depozitlər üzrə faiz xərcləri 70,4 milyon manat və ya 23,7% artıb.
2022-ci ilin 10 ayında bankların depozitlər üzrə 367,6 milyon manat xərclərinin 339,8 milyon manatını (və ya 92,4%-ni) müddətli depozitlər üzrə faiz xərcləri təşkil edib.
Banklar depozitlər üzrə 2022-ci ilin avqust ayında 39,6 milyon manat sentyabr ayında 39,8 milyon manat, oktyabr aynda 43,2 milyon manat faizlər ödəyiblər.
Cari ildə bankların depozit portfeli də artmışdır. 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 10 ayı ərzində bankların cəmi depozit portfeli 5 milyard 253,8 milyon manat və ya 19,5% artaraq 32 milyard 192,1 milyon manata çatıb.
2021-ci ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində fiziki şəxslərin depozitləri 2 milyard 224,2 milyon manat və ya 24,6% artaraq 11 milyard 256,6 milyon manata, hüquqi şəxslərin depozitləri 3 milyard 29,6 milyon manat və ya 16,9% artaraq 20 milyard 935,5 milyon manata çatıb. O cümlədən, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 34,4 milyon manat və ya 16,5% artaraq 243,4 milyon manat təşkil edib.
2022-ci ilin 10 ayı ərzində cəmi müddətli depozitlər 1 milyard 32,6 milyon manat və ya 12,2% artaraq 8 milyard 424,2 milyon manat olub.
Cari ilin 10 ayı ərzində fiziki şəxslərin müddətli depozitləri 635 milyon manat və ya 11,9% artaraq 5 milyard 974 milyon manata yüksəlib.
Bankların depozitlər üzrə xərclərinin cəmi depozit portfelində xüsusi çəkisi 2021-ci ildə 1,3% ikən, 2022-ci ilin 10 ayı ərzində 1,1%-ə düşüb. 2021-ci ilin 10 ayında bankların depozitlər üzrə xərclərinin cəmi depozit portfelində xüsusi çəkisi 1,2% təşkil etmişdi.
Bankların müddətli depozitlər üzrə faiz xərclərinin cəmi müddətli depozitlərdə xüsusi çəkisi 2021-ci ildə 4,7% ikən, 2022-ci ilin 10 ayında 4%-ə düşüb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR DƏ ARTIB
2022-ci ilin 10 ayı ərzində bankların kredit portfeli daha sürətlə artmışdır. 2021-ci ilin sonu ilə müqayisədə, 10 ayı ərzində bankların kredit portfeli 1 milyard 840,3 milyon manat artmışdırsa, 2022-ci ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində bankların kredit portfeli  2 milyard 811,7 milyon manat artıb.
Bankların cəmi kredit portfeli cari ilin yanvar ayında 122,3 milyon manat, fevral ayında 345,1 milyon manat, mart ayında 401,7 milyon manat, aprel ayında 312,2 milyon manat, may ayında 257,9 milyon manat, iyun ayında 221,7 milyon manat, iyul ayında 167,42 milyon manat, avqust ayında 151,2 min manat, sentyabr ayında 518,5  milyon manat, oktyabrda 313,61 milyon manat artıb.

Banklar     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler online pul qazanmaq leobank kart kicik biznes depozit faizleri