"Bank sektoru növbəti 6 ildə kredit portfelinin 10 %-ni yaşıllaşdıracaq
Azərbaycan bank sektoru könüllü olaraq növbəti 6 il ərzində kredit portfelinin təxminən 10 %-ni yaşıllaşdıracaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə COP29 çərçivəsində təşkil olunmuş "Daha ağıllı uyğunlaşma və yumşaldıcı həllər üçün iqlim riskinin ölçülməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, inkişaf etmiş ölkələrlə müqayisədə çox olmasa da, yerli maliyyə sistemində böyük addımdır: "Ümid edirik ki, buna da nail olacağıq".
AMB rəsmisi qeyd edib ki, sektorda şəffaflıq və hesabatlılıqla bağlı planlar var: "Beləki, gələn ildən banklarla aramızdakı açıqlama standartlarına və hesabatlılıq sisteminə bağlı bəzi tələblər gətirəcəyik. Bundan başqa, pul siyasətimizi yaşıllaşdırmaq və ölkəmizdə icbari yaşıl sığorta məhsulu ilə bağlı fikirləşirik. Hazırda bu məhsulun necə tətbiq edilməsi ilə bağlı düşünürük. Bu, fiziki risk və yaxud öhdəlik riski ilə bağlı olmalıdır".
© "Report"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Dünyada ən çox oxunan 5 kitab