Bank sektorunda kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb
Mərkəzi Bank tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb.
Sorğu nəticələrinə əsasən, 2025-ci ilin I rübündə biznes və ipoteka kreditləri üzrə bankların kreditləşmə siyasətində dəyişiklik olmasa da, istehlak kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib.
Banklar biznes və istehlak kreditlərinə tələbdə dəyişiklik olmadığını, ipoteka kreditləri üzrə isə tələbdə artım olduğunu bildirib. Sorğuya əsasən, banklar 2025-ci ilin II rübündə cəmi biznes və ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağı, bununla belə, istehlak kreditləri üzrə sərtləşmə trendinin davam edəcəyi qənaətindədirlər.
Banklar növbəti rübdə ipoteka və istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağı, biznes kreditlərinə tələbdə isə artım olacağı ilə bağlı gözləntilərini bölüşüb. Bankların cavablarına əsasən, maliyyələşmə mənbələrində fiziki və hüquqi şəxslərin müddətli depozitləri üzrə artım müşahidə olunub. Respondentlər növbəti rübdə də bu istiqamətdə müsbət dinamikanın davam edəcəyini düşünür. Hesabatda sorğu nəticələrinə əsasən qeyd olunur ki, banklararası rəqabətin artması şəraitində fiziki və hüquqi şəxslərin tələbli və müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunub. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyi qənaətindədirlər.
Qeyd edək ki, sektorun kreditləşmə və maliyyələşmə fəaliyyətində dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2025-ci ilin I rübü üzrə "Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri" ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?