Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏRMərkəzi Bank "Statistik bülleten Dekabr - 2025" buraxılışını dərc edib.
Bank sektoru
Bülletendə bildirilir ki,  31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,486 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 1.4% və ya 369 nəfər artaraq 27,389 nəfər (ilin əvvəlindən 8% və ya 2,026 nəfər) təşkil etmişdir. 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 57,086.2 mln. manat, cəmi öhdəlikləri 49,743.7 mln. manat, balans kapitalı 7,342.5 mln. manat olmuşdur. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artmışdır. 
Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq 30,063 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.6% (16,106.3 mln. manat); ıı) istehlak kreditləri – 31.1% (9,354.2 mln. manat) və ııı) ipoteka kreditləri – 15.3% (4,602.5 mln. manat). Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2,585.4 mln. manat (o cümlədən, biznes kreditləri 1,319.1 mln. manat, istehlak kreditləri 909,3 mln. manat, ipoteka kreditləri 357 mln. manat) artmışdır. 
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.8%-i və ya 38,221.9 mln. manat. Depozit portfelinin 57.3%-i (21,898.4 mln. manat) hüquqi şəxslərin, 42.7%-i (16,323.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanətlərinin 68.5%-i (11,183.5 mln. manat) milli valyutada, 31.5%-i (5,140 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (10,316 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 3.5% və ya 352.1 mln. manat, tələbli əmanətləri isə 2.1% və ya 123.7 mln. manat artmışdır. 
2025-ci ilin dekabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.7% (3,206 əmanətçi), ilin əvvəlindən isə 29% (43,615 əmanətçi) artmışdır. 
Hüquqi şəxslərin tələbli depozitləri 16,582 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir. 
2025-ci il ərzində banklar 1,161.6 mln. manat xalis mənfəət, 1,862 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin yanvar – dekabr aylarında banklar tərəfindən ümumilikdə 316.8 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor 
Cari ilin dekabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10.2% artaraq 40,393.7 mln. manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 676.3 mln. manat artaraq 3,261.8 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır. Ödənişlər sektoru 
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 145 min ədəd artaraq 21 milyon 980 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12.8% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 54.1% artmışdır. / marja.az

Banklar     Tarix: 28 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya