Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDIAzərbaycan Mərkəzi Bankı "Statistik bülleten İyul/2026" buraxılışını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bank sektoru 
31 iyul 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 504, şöbələrinin sayı 82, ATM-lərin sayı 3 min 505 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 93 nəfər artaraq 27 min 555 nəfər təşkil etmişdir. 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 979.9 milyon manat, cəmi öhdəlikləri 53 milyard 330.2 milyon manat, balans kapitalı 7 milyard 649.7 milyon manat olmuşdur. İyul ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı isə 0.1% artmışdır. 
Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 274 milyon manat artaraq 32 milyard 95.3 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (17 milyard 333 milyon manat);
ıı) istehlak kreditləri – 31.3% (10 milyard 36.8 milyon manat)
ııı) ipoteka kreditləri – 14.7% (4 milyard 725.5 miyon  manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.7%-i və ya 40 milyard 394.3 milyon manat. Depozit portfelinin 56.8%-i (22 milyard 927.8 milyon manat) hüquqi şəxslərin, 43.2%-i (17 milyard 466.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 71.7%-i (12 milyard 522.4 milyon manat) milli valyutada, 28.3%-i (4 milyard 944.2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.9%-i (11 milyard 342.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında dəyişməmişdir.
2026-cı ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.2% (2,755 əmanətçi), ilin əvvəlindən 15.1% (29 min 230 əmanətçi) artaraq 223.4 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 120.7 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.7%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar – iyul aylarında banklar 858.7 milyon manat xalis mənfəət, 1 milyard 307.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20.4% və 25.8% daha çox). Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 213.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor 
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8.5% artaraq 43 milyard 841.8 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 29.5 milyon manat azalaraq 3 milyard 232.3 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785 min ədəd təşkil etmişdir. Ödəniş kartlarında debet kartlarının sayı 10.5% artmış, kredit kartlarının sayı isə 4.6% azalmışdır. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artmışdır. 2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir. 
Banklar və "Azərpoçt" MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 12.1% artmışdır.

Banklar     Tarix: 31 avqust 2026

Oxşar xəbərlər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler valyuta xeberleri kripto depozit faizleri dollar manat kursu