Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2,4 dəfədən çox üstələyir

Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2,4 dəfədən çox üstələyir"Likvid aktivlərin azalmasına baxmayaraq sektorun likvidliyi komfort zonada qalmaqdadır. Bank sistemi üzrə hüquqi şəxslərin tələbli depozitlərinin azalması nəticəsində likvid aktivlərin həcmi və cəmi aktivlərdə payı azalmışdır.
Marja.az-ın Mərkəzi Bankın hesabatına istinadən məlumatına görə, 2023-cü ilin ilk 6 ayı ərzində likvid aktivlər 18.9% və ya 3.3 mlrd. manat azalaraq 14 mlrd. manat təşkil etmişdir. Bununla belə, likvidliyin tənzimlənməsi üzrə əsas prudensial normativ hesab olunan ani likvidlik əmsalı 56.6% olmaqla minimum normativi (30%) iki dəfəyə yaxın üstələyir. Eyni zamanda, likvid aktivlər cəmi aktivlərin 30.9%-i təşkil edir ki bu da sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olduğunu göstərir".
Likvid aktivlər əsasən dövlət qiymətli kağızları və nostro hesablarda cəmlənmişdir. Likvid aktivlərin 39%-i dövlət qiymətli kağızları, 33%-i nostro hesablar, 13%-i Mərkəzi Bankda müxbir hesablar, 16%-i isə nağd vəsaitlərdə cəmlənmişdir. Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2.4 dəfədən çox üstələyir və hüquqi şəxslərin tələbli depozitlərinin 87%-i əhatə edir.
Likvid aktivlərin komponentləri üzrə əsas azalma bankların AMB-dəki hesabları üzrə olmuşdur. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankların AMB-dəki hesabları 3.1 mlrd. manat azalaraq 1.8 mlrd. manata çatmışdır. Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarına yenidən baxılması qeyd olunan dəyişikliyi şərtləndirmişdir. Pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə Mərkəzi Bankının İdarə Heyətinin 19.12.2022-ci il tarixli 57/1 nömrəli qərarı ilə "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişikliklər edilmişdir. Yeni qaydaya əsasən məcburi ehtiyat normaları həm fiziki və hüquqi şəxslər üzrə, həm də milli və xarici valyutada olan depozitlər üzrə artırılmışdır ki, bu da banklarda likvidliyin strukturuna təsirsiz ötüşməmişdir.
Likvid vəsaitlərin strukturunda xarici valyutada olan likvid aktivlərin payı azalmışdır. 2023-cü ilin ilk altı ayı ərzində xarici valyutada olan likvid aktivlər 25.6% (2.4 mlrd. manat) azalaraq 6.9 mlrd. manata enmişdir. Sektorun milli valyutada likvid aktivləri də ötən ilin sonuna nisbətdə 11.1% (0.9 mlrd. manat) azalaraq 7.1 mlrd. manat olmuşdur.
Həm milli, həm də xarici valyutada aktiv və öhdəliklər üzrə müddət uyğunsuzluğu nəzərə çarpır. Milli valyutada aktivlərin 48%-ni ödəniş müddəti 1 ilədək olan aktivlər təşkil etsə də, ödəniş müddəti bir ilədək olan öhdəliklərin cəmi öhdəliklərdə payı 79%-dir. Xarici valyutada olan aktiv və öhdəliklər üzrə də oxşar tendensiya mövcuddur. Xarici valyutada aktivlərin 65%-ni, öhdəliklərin isə 85%-inin ödəniş müddəti bir ilədəkdir. Cari öhdəliklərin bank sektorunda artan payı müddət uyğunsuzluğunu artıran amil kimi çıxış etsə də, bankların likvidlik buferi bu uyğunsuzluğun sistemə ciddi təsir göstərməməsi ilə nəticələnir.
Kreditin depozitə nisbəti üzrə artım dinamikası müşahidə olunur. 2023-cü ilin iyun ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin depozit portfelinə nisbəti 8.3 faiz bəndi artaraq 66% olmuşdur. Artımı şərtləndirən faktorlar kredit portfelinin genişlənməsi və hüquqi şəxslərin tələbli depozitlərinin azalması olmuşdur.

Banklar     Tarix: 11 oktyabr 2023

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar


iqtisadi xeberler biznes qurmaq biznes ideyalari avtomobil xeberleri internetden pul qazanmaq