Bank VTB (Azərbaycan) 2023-cü ilin IV rübü üzrə maliyyə nəticələrini açıqlayıb
®31 dekabr 2023-cü il tarixinə Bank VTB (Azərbaycan)-nın aktivləri 249,9 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin seyni dövrü ilə müqayisədə 4,8% çoxdur. Bank hesabat dövrünü 10,608 milyon manat xalis mənfəətlə başa vurub.
VTB-nin kredit portfeli 17,1% artmaqla 187,12 mln manata çatıb. Həmçinin pərakəndə kreditləşmənin həcmi 6,2%, biznes kreditləri 28,6% artıb, ipoteka kreditləşməsinin artımı isə 22%-ə çatıb.
Hesabat dövrünün sonuna Bankın kapital gəlirliliyi (ROE) 15,29%, aktivlərin gəlirliliyi (ROA) isə 5,48% təşkil edib.
2023-cü ilin sonuna VTB-nin faiz gəlirləri 8,15%, xalis faiz mənfəəti isə 16,1% artıb. 31 dekabr tarixinə Bankın kapitalı 91,055 milyon manat olmaqla, illik ifadədə 13,5% artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimum tələblərini 82% üstələyib.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?
Biznes nədir və hansı növləri var?
Biznes qurmaq üçün nə lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası