"Bank VTB (Azərbaycan)" 9 ayı 7.7 milyon manat mənfəətlə tamamladı
"Bank VTB (Azərbaycan)" 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil etmişdi.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bankın faiz gəlirləri 31 milyon 81 min manatdan 31 milyon 280 min manata yüksəlib. Faiz gəlirlərinin böyük hissəsini müştərilərə verilmiş kreditlər üzrə faizlər (28.29 milyon manat) təşkil edib. Bankın faiz xərcləri isə 9 milyon 358 min manat, qeyri-faiz gəlirləri 10 milyon 175 min manat, qeyri-faiz xərcləri isə 24 milyon 893 min manat olub. Qeyri-faiz gəlirlərinin 3.28 milyon manatı alınan haqq və komissiyalardan, 6.65 milyon manatı isə xarici valyuta əməliyyatlarından formalaşıb.
Aktivləri 20% artıb
2026-cı ilin 30 sentyabr tarixinə "Bank VTB (Azərbaycan)"ın ümumi aktivləri 367 milyon 790 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə (306 milyon 222 min manat) müqayisədə 20.1% artım deməkdir. Bankın müştərilərə verdiyi kreditlər (məcmu kredit portfeli) ötən ilin sonundakı 243 milyon 638 min manatdan 304 milyon 043 min manata çatıb. Bankın nağd pul vəsaitləri və ekvivalentləri 17.53 milyon manatdan 25.41 milyon manata yüksəlib.
Bankın depozit portfeli 51% artaraq 101 milyon 814 min manatdan 153 milyon 423 min manata yüksəlib.
Hesabat dövründə bankın məcmu kapitalı 8% artaraq 118 milyon 336 min manata çatıb (ötən ilin sonunda: 109.93 milyon manat).

"TikTok"la "Instagram"a girişdə problem yarandı
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu
"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Biznes nədir?
Digital Card nədir?
Onlayn biznes növləri
Necə Bitcoin almaq olar?
SWIFT nədir?