Bank VTB (Azərbaycan) Xırdalanda məlumat stendi istifadəyə verdi
®VTB (Azərbaycan) Xırdalan şəhərində yeni formatlı məlumat stendi istifadəyə verdi. İndi fiziki şəxslər bankın məhsul və xidmətləri üzrə bankın mütəxəssislərindən ala biləcəklər. Məkanın ərazisində 24 saat fəaliyyət göstərən bankomat da quraşdırılıb.
Bankın məlumat stendi Bizim Market (Qalubiyyə küçəsi 3/14) supermarketinin ərazisində yerləşir.
«Bu il biz məhsullarımızın əlçatanlığının artırılmasına böyük diqqət yetirdik və banka getmədən kredit almaq və sənədləri imzalamaq imkanını bazara təqdim etdik. Biz Bakıdan kənarda da fəaliyyət şəbəkəmizi genişləndirmişik. Xırdalandakı məlumat stendimiz müştərilərə bankımızın məhsul və xidmətləri barədə qərar qəbul etmələrinə kömək edəcək. Bundan əlavə, 2024-cü ildə şəbəkəmizi regional səviyyədə genişləndirməyi və Gəncə şəhərində yeni filialımızı açmağı planlaşdırırıq», – deyə VTB Bankın pərakəndə biznesin inkişafı departamentinin direktoru, idarə heyətinin üzvü Yevgeni Borodin şərh etdi.
Bu gün ölkəmizdə VTB-nin 5 filialı və 30-dan çox bankomatı fəaliyyət göstərir. Bankın məhsul və kampaniyaları haqqında ətraflı məlumatı www.vtb.az veb saytında və ya 986 qısa nömrəsinə zəng etməklə əldə edə bilərsiniz. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?
Biznes nədir və hansı növləri var?
Biznes qurmaq üçün nə lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası