"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
"Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının iyulun 3-də keçirilmiş növbəti ümumi yığıncağında Bankın nizamnamə kapitalını 3,3 dəfə azaldılaraq 315 milyon 815 min manatdan 94 milyon 744,5 min manata endirilməsi barədə qərar qəbul edilib.
Məlumata görə, bu qərar "Bank VTB Azərbaycan"ın kapital strukturunun cari maliyyə göstəricilərinə uyğunlaşdırılması və səhmdarlara dividend ödənilməsi üçün qanunvericiliyinin müvafiq tələblərinə əsaslanır. Bankın mövcud nizamnamə kapitalının müəyyən edilmiş normadan dəfələrlə artıq olması bu növ qərarın qəbul olunmasını mümkün edib.
Bununla əlaqədar olaraq 2020-ci ilədək formalaşmış və artıq ödənilmiş zərərin formal uyğunlaşdırılmasına dair qərar verilib. Sözügedən dəyişiklik bankın cari fəaliyyəti, maliyyə dayanıqlığı, müştərilər qarşısında öhdəlikləri, eləcə də təqdim etdiyi məhsul və xidmətlərə heç bir təsir göstərmir. Bankın normativ göstəriciləri müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə tam uyğundur.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?