Banklar biznes kreditləri tələbində artım olacağını gözləyirlər
2025-cü ilin I rübü üzrə sorğu nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, KOS subyektləri üzrə kredit standartlarında yumşalma müşahidə edilib. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən KOS subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, mikro sahibkarlıq subyektləri üzrə isə standartlarda yumşalma olacağı qənaətindədirlər.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində bildirilir.
Qeyd edilib ki, banklar biznes kreditləri üzrə standartlarda müşahidə olunan dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja, kovenantlar və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə tələbdə dəyişiklik müşahidə edilməyib. Banklardan gələn məlumatlara əsasən, cari ilin ilk rübündə qeyri-iş günlərinin sayının çox olması səbəbindən biznes kreditlərinə tələbdə nəzərəçarpan dəyişiklik qeydə alınmayıb. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən MKOS subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə ümumi iqtisadi gözləntilər və maliyyələşmə dəyəri standartlara sərtləşdirici təsir edən amillər kimi qiymətləndirilsə də, banklar tərəfindən standartların sərtləşdirilməsi müşahidə edilməmişdir.

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?