Banklar hansı hallarda offşor ərazidə yerləşən şirkətdən alınan mal və xidmətlərə görə vergi tutmur?

Banklar hansı hallarda offşor ərazidə yerləşən şirkətdən alınan mal və xidmətlərə görə vergi tutmur?Güzəştli vergi tutulan ərazilərə və ölkələrə ödəniş edilən zaman həmin vəsait Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunur. Lakin qanunvericiliyin tələbinə görə, bəzi hallarda banklar bu vergini tutmamalıdır.
Banker.az xəbər verir ki, həmin halları və əsasları iqtisadçı ekspert Anar Bayramov açıqlayır. 
Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakın alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin məbləğ Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq, ödəmə mənbəyində vergiyə cəlb edilmir.
Misal 1: Tutaq ki, vətəndaş güzəştli vergi tutulan ərazi hesab edilən ölkə olan Monakoya səfər edir. Səfər zamanı Monakodan öz şəxsi istifadəsi üçün kompüter avadanlığı alır və ödənişi bank kartı vasitəsilə həyata keçirir. Belə olan halda, ödənişin güzəştli vergi tutulan ərazidə yerləşən şirkətə köçürülməsinə baxmayaraq, Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, bank agent olaraq həmin köçürmədən ödəmə mənbəyində vergini tutmur və büdcəyə ödəmir.
Burada diqqət edilməli məqam və bir-birinə oxşayan, lakin çox mühüm fərq ondan ibarətdir ki, Məcəllənin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndində "güzəştli vergi tutulan ölkələrdən və ya ərazilərdən" deyil, "güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə" şəxsi istehlak məqsədilə malların alışı, habelə "güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə" deyil, "güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə" ödənişlər edildikdə qeyd edilib. Yəni, əgər şəxsi məqsədlər üçün malı, xidməti alan vətəndaş həmin malı, xidməti fiziki olaraq offşor ərazidə olarkən alarsa və ödənişi də kart vasitəsilə həmin ərazidə nağdsız qaydada həyata keçirərsə, o zaman Vergi Məcəlləsinin tələbinə əsasən, bank agent kimi ödəmə mənbəyində vergi tuta bilməz.
Əgər vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ölkəyə getmədən həmin ölkədə yerləşən şirkətdən sifariş edərək mal alsa belə və həmin malın ödənişini bankdan köçürdüyü zaman bank tərəfindən Vergi Məcəlləsinin 125-1 maddəsinə əsasən, ödəmə mənbəyində vergi tutulmalıdır.
Misal 2: Tutaq ki, vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ərazi hesab edilən Honkonqdan 20.000 ABŞ dolları dəyərində avtomobil sifariş edir və təchizatçı şirkət həmin avtomobili Azərbaycandakı müştərisi olan vətəndaşa göndərir. Vətəndaş təchizatçı şirkətin təqdim etdiyi sənədlər əsasında bank vasitəsilə ödəniş etmək istəyir. Belə olan halda, bank mütləq Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10% dərəcəsi ilə 2.000 dollar məbləğində ödəmə mənbəyində vergini tutub büdcəyə köçürməlidir.
Amma audit yoxlamaları zamanı tez-tez rastlaşırıq ki, banklar tərəfindən bu kimi ödənişlər zamanı vətəndaşın güzəştli vergi tutulan ərazilərə və ya ölkələrə edilən ödənişlərindən Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndi əsas gətirilərək, həmin maddəyə istinad olunmaqla ödəmə mənbəyində vergi tutulmur. Bu da səyyar vergi yoxlamaları zamanı banklar üçün ciddi maliyyə sanksiyaları riski yaradır.

Banklar     Tarix: 12 iyun 2025

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler kripto emlak xeberleri bitkoin biznes krediti