Banklarda fərdi sahibkarların sayı 1.15 milyona çatır
Azərbaycanda fərdi sahibkarların bank sistemində sayı və bank hesabları artsa da, onların banklarda saxladığı vəsaitlərin həcmi azalır. 2026-cı ilin avqustunun sonunda bank sistemində 1 milyon 146,7 min fərdi sahibkar müştəri olub. Onların cari bank hesablarının sayı isə 1 milyon 657,6 minə çatıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fərdi sahibkar müştərilərin sayı 2025-ci ilin sonundakı 1 milyon 31,4 min nəfərlə müqayisədə 11,2%, ötən ilin avqustundakı 964,6 min nəfərlə müqayisədə isə 18,9% artıb.
Fərdi sahibkarların cari bank hesablarının sayı da illik müqayisədə 26,7% artıb. Ötən ilin avqustunda onların 1 milyon 308,6 min cari hesabı var idi.
Lakin müştərilərin və hesabların sayı artdığı halda, sahibkarların banklarda saxladığı vəsait azalıb. Onların depozitləri 2025-ci ilin sonundakı 448,9 mln manatdan 401 mln manata düşüb. Beləliklə, ilin ilk 8 ayında azalma 47,9 mln manat və ya 10,7% təşkil edib. İyulla müqayisədə isə depozitlər 29,1 mln manat və ya 6,8% azalıb.
Avqustun sonunda sahibkarların banklardakı vəsaitlərinin 375,2 mln manatı manatla, 25,8 mln manatı isə xarici valyutada olub. Xarici valyutada saxlanılan vəsait bir ayda 76,8 mln manatdan 25,8 mln manata düşərək 66,4% azalıb, manatla vəsait isə 6,2% artıb.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?