Bankların 5 mlrd. manatlıq vəsaiti ehtiyatda qalıb, kreditə yönəldə bilmirlər – Buna səbəb nədir?

Bankların 5 mlrd. manatlıq vəsaiti ehtiyatda qalıb, kreditə yönəldə bilmirlər - Buna səbəb nədir? - Əsasən də irihəcmli depozitlərə malik banklarda
Azərbaycan Mərkəzi Bankının (AMB) antiinflyasiya və uçot faiz dərəcəsinin işə düşməsi yolunda cəhdləri bankların əlindəki (əsasən iriməbləğli) 5 milyard üzərindəki vəsaitlərinin ehtiyatda qalmasına gətirib çıxarıb.
Banker.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü ilin noyabrında məcburi ehtiyat normalarının (MEN) əmsallarını bir qədər də qaldırması ardından dekabrda məcburi ehtiyatların həcmi 2 mlrd. 712 mln. manatdan 5 mlrd. 50.8 mln. manata yüksəlib. Bu da 2022-ci ilin sentyabrından bu tərəfə qeydə alınmış ən yüksək dinamikadır.
AMB hazırda 1994-cü ildən bu tərəfə ən yuxarı əmsaldan istifadə edir.
Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat normasının qaldırılması bank sisteminin kredit vermək qabiliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. Bununla requlyator iqtisadiyyatda pul kütləsinin həcmini azaltmağı hədəfləyir ki, həm inflyasiya düşsün, digər tərəfdən də uçot faiz dərəcəsinin effektivliyi artsın.
Hazırda inflyasiya 2022-ci ilin pik həddindən xeyli aşağı düşüb. 2023-cü ilin dekabrında illik inflyasiya 8.8-ə qədər azalsa da, digər tərəfdən uçot faiz dərəcəsi hələ ki, təsirsiz görünür. Məsələn, Mərkəzi Bank son iki iclasda uçot faiz dərəcəsini 50 baza bəndi azaltsa da, fiziki və hüquqi şəxslərin istər depozitləri, istərsə də kreditlərində təsiri güclü olmayıb.
Buna görə də, AMB açıq bazar əməliyyatlarında strelizasiya və depozit cəlbi ilə yanaşı əlindəki digər alət olan MEN-dən istifadəni davam etdirir. Dekabrdan etibarən banklarda fiziki şəxslər üzrə MEN-in əmsalı milli valyutada (1 mlrd. manatdan çox hissəsi) 10%-dən, xarici valyutada isə 12%-dən 25%-ə qədər qaldırılıb.
İqtisadçı-ekspert Elman Sadıqov isə Banker.az-ın sorğusuna cavab olaraq bildirir ki, MEN likvidliyin strelizasiyasıdır.
"Mərkəzi Bank bu vəsaiti özündə ona görə saxlayır ki, ölkədə inflyasiyanın qarşısını alsın. Amma məsələ bundan ibarətdir ki, bu gün banklarda digər vəsaitlər olmasaydı, likvidlik çatışmazlğı olsaydı, Mərkəzi Bank heç bu qədərini saxlamazdı. Yəni məcburi ehtiyat normalarını aşağı salardı", - deyə iqtisadçı Elman Sadıqov bildirir.
Bankların 5 mlrd. manatlıq vəsaiti ehtiyatda qalıb, kreditə yönəldə bilmirlər - Buna səbəb nədir?Elman Sadıqov, iqtisadçı-ekspert
O əlavə edir ki, əslində bu, 5 mlrd. manat əlavə vəsaitdir. "Bu gün banklar özlərində olan belə likvid vəsaitləri istifadə edə bilmirlər. Əgər banklar bu 5 mlrd. manatı istifadə edə bilsəydilər, o zaman bu sual formalaşa bilərdi ki, niyə bu vəsaitlərdən istifadə edə bilmirlər".
Ekspertə görə, MEN monetar siyasətinin bir aləti kimi banklardakı çox yüksək likvidliyin bir hissəsi strelizasiyasıdır, məqsədi inflyasiyanın qarşısının alınmasıdır.
"Lakin bunun [MEN] nəticəsində banklarda hansısa likvidlik problemi yaranırmı, yoxsa yaranmırmı? Bu, sadəcə olaraq depozitlərin maya dəyərini yüksəldir. Çünki bankların bu vəsaitləri AMB-də saxlandığı üçün ondan istifadə edib, gəlir əldə edə bilmirlər. Burada əsas stimullardan biri budur ki, banklar əllərində qalan digər vəsaitləri səmərəli istifadə etsinlər".
Məcburi ehtiyat norması necə hesablanır? Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 25%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 25%-ni, yəni 250 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 750 manatını kredit resursu kimi istifadə edə bilir.Bankların 5 mlrd. manatlıq vəsaiti ehtiyatda qalıb, kreditə yönəldə bilmirlər - Buna səbəb nədir?AMB 2022-ci ilin iyulundan məcburi ehtiyatların əmsallarını qaldırır. Məsələn, 2022-ci ilin iyuluna qədər aşağı əmsallı MEN tətbiq edildiyindən bu rəqəmlər maksimum halda 210.1 mln. manatlıq idi. Halbuki, hazırda bu rəqəm 5 mlrd. manat üzərindədir. Belə olan halda bankların ümumi 34 mlrd. 550.1 mln. manat (ekv) depozitlərinin 15%-ə yaxınının məcburi ehtiyatda qalmasına gətirib çıxarıb.
Bankların 5 mlrd. manatlıq vəsaiti ehtiyatda qalıb, kreditə yönəldə bilmirlər - Buna səbəb nədir?

Banklar     Tarix: 25 yanvar 2024

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya