"Bankların gələcək inkişafında sektorda azad rəqabətin təkmilləşməsi mühüm şərtdir"

"Bankların gələcək inkişafında sektorda azad rəqabətin təkmilləşməsi mühüm şərtdir. Qanunvericilikdə təkmilləşdirmələr məhz bu istiqamətdə aparılsa, məqsədəuyğun sayılar. Banklarımızın hər birinin xarici maliyyə mənbələrinə və resurslarına çıxışları asan olmalı və bu, daxildə ucuz kreditləşdirmə siyasətinin həyata keçirilməsi üçün əlavə stimul rolu oynamalıdır".
Bunu Marja.az-a müsahibəsində "Premium Bank" ASC Müşahidə Şurasının sədri Elçin Əhmədov "Azərbaycanda bank sisteminin inkişafını gələcəkdə necə görürsünüz? Müvafiq qanunvericilikdə hansı yenilikləri görmək istərdiniz?" sullarına cabaında bildirib.
Bankir ,"Ölkə iqtisadiyyatının yaxın gələcəyi birmənalı olaraq qeyri-neft-qaz sektorunun inkişaf dərəcəsindən və bu sahədən ixrac potensialımızdan asılıdır. Odur ki, bank sektorunun üzərinə bundan sonra daha böyük vəzifələr və öhdəliklər düşür" deyərək belə davam edib: 
"Hesab edirəm, hər bir bank iqtisadiyyatın müəyyən bir sektoru üzrə kreditləşdirmədə fərqlənsə, yaxşı nəticələr əldə etmək olar. Bu, ümumi işə daha böyük xeyir verər, bankların iqtisadiyyatın struktur və sahələri üzrə ixtisaslaşmasına yol açar. Bu həmçinin sistem üzrə bankların seçilməsinə, onlar arasında rəqabətin tənzimlənməsinə də şərait yaradar. İnhisarçılığa qarşı ciddi sədlərin yaranmasına əlavə zəmin olar.  
Bankların gələcək inkişafında sektorda azad rəqabətin təkmilləşməsi mühüm şərtdir. Qanunvericilikdə təkmilləşdirmələr məhz bu istiqamətdə aparılsa, məqsədəuyğun sayılar. Banklarımızın hər birinin xarici maliyyə mənbələrinə və resurslarına çıxışları asan olmalı və bu, daxildə ucuz kreditləşdirmə siyasətinin həyata keçirilməsi üçün əlavə stimul rolu oynamalıdır.
Banklar tərəfindən xüsusən kiçik və orta biznesin inkişafının dəstəklənməsi daha vacib və məqsədəuyğundur. Kommersiya bankları strategiyalarını məhz bunun üzərində qurmağa çalışmalıdır. Əlbəttə, bu, banklardan likvidlik dərəcəsi, çeviklik, malik olduqları maliyyə resurslarına əlçatanlıq, müvafiq divident siyasəti tələb edir.
Yeri gəlmişkən, son vaxtlar əsas tənzimləyici olan "Mərkəzi Bank" tərəfindən makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına dair həyata keçirilən siyasət nəticəsində, demək olar, hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanmış, kapitallaşma, həssaslıq zonalarını formalaşdıran risklər üzrə prudensial tələblərin gücləndirilməsi, sektor ilə intensiv dialoqun aparılması və korporativ idarəetmənin təkmilləşdirilməsinə yönələn təşəbbüslər, habelə pul siyasəti qərarlarının ötürücülüyünün artırılması istiqamətində aparılan islahatlar nəticəsində bütövlükdə bank sektorunda kredit portfelinin bütün seqmentlər üzrə artması müşahidə edilmişdir.
Bankımızın fəaliyyəti ilə bağlı son olaraq qeyd etmək istəyirəm ki, daha çoxu hər zaman var. Daha çox yenilik və üstünlük üçün daha çox enerji və istəklə çalışırıq. Dünən başladığımız, bu gün əmək sərf etdiyimiz işlər sabahın premium yeniliyi olaraq qarşınızda olacaqdır".
Həmçinin oxu
"Premium Bank" 30 ildir fəaliyyət göstərir - Müşahidə Şurasının sədrilə MÜSAHİBƏ

Banklar     Tarix: 26 dekabr 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne