Bankların kredit portfeli cüzi artıb - BANK SEKTORUNDAKI VƏZİYYƏT AÇIQLANDI

Bankların kredit portfeli cüzi artıb - BANK SEKTORUNDAKI VƏZİYYƏT AÇIQLANDI28 fevral 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərin sayı 3003 olmuşdur. 
Marja Mərkəzi Bankın aylıq Bülleteninə istinadən xəbər verir ki, fevral  ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 170 nəfər artaraq 23 min 40 nəfər təşkil etmişdir.
8 fevral 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 708.6 milyon manat, cəmi öhdəlikləri 39 milyard 972.5 milyon manat, balans kapitalı 5 milyard 736.1 milyon manat olmuşdur.
Fevral ayında bankların kredit portfeli 0.4% və ya 87.4 milyon manat artaraq 19 milyard 757.4 milyon manat olmuşdur. 
Kredit portfelinin strukturu:
biznes kreditləri – 54.8% (1 milyard 835.6 milyon manat), 
 istehlak kreditləri – 29.7% (5 milyard 863.6 milyon manat) 
 ipoteka kreditləri – 15.5% (3 milyard 58.2 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 3% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 32 milyard 560.8 milyon manat). Depozit portfelinin 64.2%-ni (20 milyard 906.9 milyon manat) hüquqi şəxslərin depozitləri, 35.8%-ni (11 milyard 653.9 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18.1% və ya 1 milyard 784.2 milyon manat artaraq 11 milyard 653.9 milyon manat olmuşdur. Əmanət portfelinin 54.4%-i (6 milyard 336.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 62.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 38.7% təşkil etmişdir.
2023-cü ilin yanvar-fevral aylarında banklar 155.7 milyon manat xalis mənfəət, 250.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 45% və 55% artmışdır. / marja.az

Banklar     Tarix: 30 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank