Banklarının kredit portfeli ən çox biznes kreditlərinin hesabına artıb
2024-cü ilin Yanvar ayında Azərbaycan banklarının kredit portfelinin (müştərilərə verilmiş kreditlər) artmasına ən böyük töhfəni biznes kreditlərindəki artım verib.
Marja.az xəbər verir ki, bankların cəmi biznes kreditləri portfeli 2024-cü ilin yanvar ayında 2023-cü ilin dekabr ayı ilə müqayisədə 296,1 milyon manat artaraq 12 milyard 912,9 milyon manata çatıb.
Yanvarda istehlak kreditləri portfeli isə 71 milyon manat artaraq 7 milyard 8 milyon manata, ipoteka kreditləri portfeli isə 16,3 milyon manat artaraq 3 milyard 645,5 milyon manata yüksəlib.
Yanvarda bankların cəmi kredit portfeli 383,4 milyon manat artaraq 23 milyard 566,4 milyon manata çatıb.
Qeyd edək ki, Fevral ayında adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlayıb. Fevralda ipoteka kreditlərində artımın daha yüksək nisbətdə olacağı gözlənilir.


"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Startup nədir və necə olur?
IBAN nədir?
Onlayn biznes ideyaları
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?