Beş dəqiqə deyil: Zaman tələsindən necə çıxmaq olar?

Beş dəqiqə deyil: Zaman tələsindən necə çıxmaq olar?Beynimiz bizi zamanla bağlı sistemli şəkildə aldadır – niyə "bir neçə dəqiqə" dediyimiz vaxt həmişə olduğundan daha uzun olur?
Bu vəziyyətlər sənə tanış gələr: məsələn, sən cümə axşamına qədər hesabatı bitirəcəyini vəd etmisən, həyat yoldaşına "beş dəqiqəyə hazır olacağam" deyirsən, ya da ard-arda görüşlər planlaşdırıb, arada heç bir boşluq saxlamırsan. Sonra reallıq üzə çıxır: vaxt çatmır, sən gecikirsən və anlamırsan – nə üçün bu qədər zəif vaxt qiymətləndirməsi etdin?
Burada məsələ sadəcə planlama bacarığının olmamasında deyil. Əslində, insanlar təbii olaraq gələcəkdə görəcəkləri işin vaxtını, xərcini və riskini az hesab etməyə, əvəzində onun faydasını şişirtməyə meyllidirlər. Bu, psixoloqlar Daniel Kaneman və Amos Tverski tərəfindən ilk dəfə təsvir olunan "planlama xətası"dır.
Zaman yanılmaları
Planlama xətası — sadəcə düzgün plan qurmamaq deyil. Təsəvvür elə: vaxt azdır, amma sən mütləq bir həmkarına e-mail yazmalısan. Tez başa düşürsən ki, bu, çox vaxt aparmayacaq və kompüter qarşısında əyləşib yazmağa başlayırsan. Amma görürsən ki, bu düşündüyündən daha uzun çəkir, nəticədə isə sən artıq gecikirsən.
Niyə belə olur? Çünki sən yalnız əsas vəzifəyə fokuslanırsan – məsələn, "mətn yazıb göndərmək" – amma bu prosesi uzadan kiçik kənar amilləri, məsələn, başqa e-maillər, fakt axtarışları, fikrini toplaya bilməmək kimi faktorları nəzərə almırsan.
Bu planlama yanılması böyük layihələrdə də özünü göstərir. Ev təmiri, proqram təminatı yaradılması, tikinti işləri – bu tip layihələr çox zaman büdcəni aşır və gecikir. Məsələn:
Sidney Opera Teatrı 1963-cü ildə təhvil verilməli və 7 milyon dollara başa gəlməliydi. Amma yalnız 1973-cü ildə hazır oldu və 102 milyon dollara başa gəldi.
Berlinin yeni hava limanı 2011-ci ildə açılmalı və 2 milyard avroya tikilməliydi. Açılış 2020-ci ildə oldu, xərc isə 6 milyard avronu keçdi.
Bunun səbəblərindən biri – həddindən artıq nikbinliklə aparılan ilkin hesablamalardır. Bu hesablamalar digər insanlar tərəfindən də qəbul olunub, planlara salınır və nəticədə tamamilə qeyri-real gözləntilər yaranır.
Daha sonra ortaya çıxan "sərf olunmuş resursların psixologiyası" vəziyyəti daha da çətinləşdirir. Layihənin artıq alınmadığını qəbul etmək istəmirik və daha çox zaman və pul xərcləməyə davam edirik, baxmayaraq ki, proses artıq mənasız hala gəlib.
Planlama xətasından necə qaçmaq olar?
Bu xəta yalnız pul itkisi ilə nəticələnmir. Gecikmiş işlər etibar itirir, münasibətləri pozur, fürsətləri əldən verməyinə səbəb olur və davamlı stress yaradır. Bununla mübarizə aparmaq üçün aşağıdakı psixoloji və idarəetmə əsaslı üsullar sənə kömək edə bilər:
Özünü daha yaxşı tanı
Təsəvvürə deyil, real statistikaya söykən. Daniel Kaneman və Dan Lovallo fərqləndirirdi:
Daxili baxış – bu konkret tapşırığa fokuslanmaq
Xarici baxış – eyni cür tapşırıqların daha əvvəl necə getdiyinə baxmaq
Özündən soruş: başqalarına bu cür tapşırıq nə qədər vaxt aparır? Sən niyə daha tez bitirəcəyini düşünürsən?
Əgər əvvəllər buna bənzər tapşırıq etmisənsə – həqiqətən nə qədər çəkmişdi? Ən yaxşısı – qeydiyyat aparmaqdır. Hətta sadə bir dəftər belə kifayətdir. Məsələn, növbəti təqdimat üçün nə qədər vaxt lazım olduğunu təxmin etməzdən əvvəl əvvəlki 3 təqdimatla bağlı qeydlərə bax.
Vaxta faizlə əlavə et
"Bir az əlavə vaxt qoyaram" düşüncəsi adətən işləmir. Psixologiya göstərir ki, insanlar sistemli olaraq vaxtı az qiymətləndirirlər.
Ən yaxşı üsullardan biri — faiz əlavə etməkdir. Məsələn:
25% əlavə et → əgər çatmadısa, növbəti dəfə 50% əlavə et
Əgər artıqlaman qaldısa — gələn dəfə bir az azaldarsan
Təəccüblənmə, əgər bəzən 150% və ya daha artıq əlavə etməli olsan. İnsan beyni həqiqətən bu qədər yanılır.
Tapşırıqları mərhələlərə böl
Böyük və mürəkkəb layihələr daha çox planlama səhvinə meyllidir. Onları kiçik və konkret addımlara böl.
Məsələn: "Departament hesabatını hazırla" yox, "son rübün satış göstəricilərini topla" kimi alt tapşırıqlar yaratmaq daha faydalıdır.
Əks istiqamətli planlama et
Son tarixdən başla və geriyə doğru plan qur.
Hər addıma əvvəlki təcrübələrə əsasən vaxt təyin et. Sonra bu addımları təqvimə yerləşdir və üstünə əlavə vaxt ehtiyatı qoy. Heç kim işini son dəqiqəyə qədər saxlamaq istəmir.
Tapşırıqları konkret şəkildə ifadə et
"Bu həftə işləyərəm" tipli ifadələr işləmir. Əvəzində dəqiq vaxt və fəaliyyət planı yaz:
"Çərşənbə axşamı, saat 9:00-da təklifin məzmun hissəsini yazacağam"
"Satış rəqəmlərini alar-almaz, qrafikləri hazırlayacağam"
Psixoloqlar Peter Qolvitser və Anya Axtsiqer bu cür "nə vaxt – nə edəcəyəm" planlarının çox effektiv olduğunu sübut ediblər.
Realist yanaşmanın üstünlükləri
Əgər sən zaman təxminlərini daha doğru etməyi öyrənsən, daha az stress keçirmiş olarsan, işləri keyfiyyətli görərsən və etibarlı insan kimi tanınarsan. Ən maraqlısı — vaxt da qazanmış olarsan.
Çünki əgər hər tapşırıq vaxtında bitirsə, sən heç vaxt gecikməz və yüklənməzsən. Beləliklə, yaradıcılıq və fokus tələb edən işlərə enerji qalacaq.
Növbəti dəfə "bu iki dəqiqə çəkəcək" dedikdə, özünü saxla və planlama xətasını xatırla. Məsələ özünü dəyərləndirməkdə deyil, sadəcə dünyanın necə işlədiyini daha düzgün qəbul etməkdədir. / banker.az

Maraqlı     Tarix: 15 iyul 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler valyuta kurslari dollar məzənnəsi valyuta mezennesi kicik biznes