Beynəlxalq reytinq agentliyi "Bank Respublika"nın reytinqini yüksəldib

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" (Moody"s) bu gün "Bank Respublika" ASC-nin uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini B1-dən Ba3-ə yüksəldib və bu reytinqlər üzrə proqnozu "müsbət"dən "sabit"ə dəyişib.
Banker.az xəbər verir ki, bu barədə agentliyin məlumatında qeyd edilir.
Eyni zamanda agentlik bankın baza kredit göstəricisini (BCA) və dəyişdirilmiş əsas kredit göstəricisini (Adjusted BCA) b2-dən b1-ə, qarşı tərəf risk reytinqlərini (CRR) Ba3-dən Ba2-yə, qarşı tərəf risk qiymətləndirmələrini (CR Assessment) isə Ba3(cr)-dən Ba2(cr)-yə yüksəldib. Bundan əlavə, yerli və xarici valyutada qısamüddətli depozit reytinqləri üzrə NP, qısamüddətli CRR və qısamüddətli CR Assessment reytinqləri üzrə də NP səviyyəsi təsdiq olunub.
Agentlik "Bank Respublika"nın BCA göstəricisinin b2-dən b1-ə yüksəldilməsi, bankın aktiv keyfiyyəti, mənfəətliliyi və kapital adekvatlığı üzrə davamlı yaxşılaşan maliyyə nəticələri ilə əsaslandırıb. Uzunmüddətli depozit reytinqinin B1-dən Ba3-ə yüksəldilməsini isə Azərbaycan hökumətinin (Baa3, müsbət proqnoz) potensial dəstəyi üçün bir pillə yüksəlişi nəzərə alaraq qiymətləndirir.
"Bank Respublika"nın "b1" səviyyəsindəki BCA göstəricisi, güclü aktiv keyfiyyəti ilə dəstəklənir – problemli kreditlərin xüsusi çəkisi 2023-cü ildəki 1,4%-dən 2024-cü ilin sonu etibarilə 1,2%-ə düşüb. Problemli kreditlərə ehtiyatların əhatə dərəcəsi təxminən 140% təşkil edib. Gözlənilir ki, aktiv keyfiyyəti ölkədəki əlverişli iqtisadi mühit və şaxələnmiş kredit portfeli sayəsində qorunacaq.
Bankın KOB və pərakəndə sektorlara yönəlmiş strategiyası, son illərdə mənfəətliliyin artmasına səbəb olub və bu tendensiyanın güclü faiz marjaları və stabil komisyon gəlirləri sayəsində davam edəcəyi gözlənilir. 2024-cü ildə bank 51 milyon manat xalis mənfəətlə rekord göstəriciyə nail olub. Bu da 2,4% maddi aktiv gəlirliliyinə bərabərdir. Halbuki, 2023-cü ildə 39 milyon manat idi.
"Növbəti 12–18 ayda bu səviyyənin qorunacağı proqnozlaşdırılır"- deyə "Moody"s" yazır.
"Bank Respublika"nın hazırkı kapital adekvatlığı göstəricilərinin 2025-ci ildə yaxşılaşacağı gözlənilir. Bankın TCE/RWA nisbətinin 2024-cü ilin sonundakı 9,4%-dən növbəti 12 ayda təxminən 10%-ə yüksələcəyi gözlənilir (2023-cü ildə bu göstərici 8,3% idi). Bu artım güclü daxili kapital formalaşması və kredit portfelinin daha yavaş genişlənməsi ilə bağlıdır. 2025-ci il 31 mart tarixinə bankın ümumi kapital adekvatlıq əmsalı 14,07%, 1-ci dərəcəli kapital əmsalı isə 9,55% olub – bu göstəricilər 2024-cü ilin eyni dövründə müvafiq olaraq 12,55% və 8,97% idi.
Müştəri əmanətləri bankın öhdəliklərinin 70%-ni təşkil edir, lakin əmanət bazası hələ də əsas maliyyə mənbəsidir. Agentlik bu məsələyə diqqət çəkərək qeyd edir ki, Bank maliyyələşmə bazasını diversifikasiya etmək üzərində fəal işləyir və potensial əmanət axınlarını idarə etmək üçün yaxşı mövqedə olduğu qiymətləndirilir: "Topdansatış maliyyələşmə mənbələri – əsasən beynəlxalq inkişaf institutları və xarici investisiya fondlarından – stabil qalacaq və bankın maddi aktivlərinin təxminən 20–30%-ni təşkil edəcək, bu isə aşağı yenidənmaliyyələşmə riskləri ilə müşayiət olunur. Növbəti 12–18 ayda bankın likvidlik buferinin 20%-dən yuxarı olacağı gözlənilir".
"Moody"s"a görə, "Bank Respublika"nın uzunmüddətli depozit reytinqləri üzrə sabit proqnoz, növbəti 12–18 ay ərzində bankın əsas maliyyə göstəricilərini stabil səviyyədə saxlayacağı gözləntilərinə əsaslanır.
Reytinqin artımına və ya azalmasına səbəb ola biləcək bu amillər qeyd edilir:
Kapital adekvatlığında davamlı və əhəmiyyətli yaxşılaşma və ya Azərbaycanda fəaliyyət mühitinin əlavə müsbət inkişafı halında bankın BCA və depozit reytinqlərinin artırılması mümkündür.
Əksinə, əməliyyat şəraitində ciddi pisləşmə və nəticə etibarilə aktiv keyfiyyətinin, kapital mövqeyinin və ya likvidliyin zəifləməsi, reytinqin azaldılmasına səbəb ola bilər.

Banklar     Tarix: 09 iyul 2025

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq