Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

Azərbaycan banklarına "Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib
"Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Marja xəbər verir ki, bu barədə təşkilatın Mərkəzi Asiya və Cənubi Qafqazda kredit şərtlərinə dair yeni hesabatında bildirilir.
Hesabatda vurğulanır ki, Azərbaycanda qeyri-neft sektorunun güclü artımı hökumətin müxtəlif təşəbbüsləri ilə dəstəklənir və bu dəstək bankların fəaliyyətinə müsbət təsir göstərib. "Moody"s" qeyd edir ki, tənzimləmənin gücləndirilməsi ilə birlikdə, bu amillər bank sektorunda yüksək gəlirlilik, kredit portfelinin keyfiyyətinin yaxşılaşması, eləcə də güclü kapital və likvidlik mövqeyinin formalaşmasına şərait yaratmaqla sistem risklərini azaldıb.
Agentliyin Azərbaycanla bağlı əsas qənaətlərindən biri ölkənin bank sisteminin regional geosiyasi risklərə dayanıqlılığı olmasıdır. Qeyd olunub ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklar Azərbaycan bankları olub. Bu mövqe Azərbaycanın Rusiya ilə iqtisadi və maliyyə əlaqələrinin nisbətən məhdud olması, yüksək neft qiymətlərinin iqtisadi dayanıqlılığı dəstəkləməsi və manatın məzənnəsinin sabitliyinin təmini ilə izah edilir.  
Məlumata görə, Azərbaycan banklarının likvid aktivlərinin ümumi aktivlərdəki payı 35%-i keçərək regionda ən yüksək göstəricilərdən birinə çatıb. "Moody"s" yüksək neft qiymətlərini və mövcud inflyasiya mühitini Azərbaycan iqtisadiyyatı üçün dəstəkləyici amillər hesab edir. Agentlik bildirir ki, regionun digər ölkələri ilə müqayisədə Azərbaycanda inflyasiya səviyyəsi (5.6%) aşağı və idarəolunandır. Bu da əhalinin alıcılıq qabiliyyətini və bankların kredit portfelinin keyfiyyətini qorumağa imkan verir.
Agentliyin fikrincə, neft qiymətlərinin yüksəlməsi Azərbaycan kimi ixracatçı ölkələrin ixrac gəlirlərini və dövlət maliyyəsini gücləndirir.
Beləliklə, hesabatda Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi prudensial tənzimləmə və məzənnə siyasətinin effekti yüksək qiymətləndirilib.
Ümumilikdə, "Moody"s" Mərkəzi Asiya və Cənubi Qafqazda bank sektorlarında son 4 ildə kapital və likvidlik mövqeyinin gücləndirildiyini bildirir. Agentlik tənzimləmənin gücləndirilməsinin və strateji inkişaf proqramlarına dövlət dəstəyinin bank və korporativ sektorların mümkün xarici şoklara qarşı dayanıqlılığını artırdığını qeyd edir.

Banklar     Tarix: 15 sentyabr 2026

Oxşar xəbərlər

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

AMB: "Bankların davamlı maliyyələşmədə əsas problemi investor tələbatıdır"

Azərbaycan banklarının davamlı maliyyələşmədə əsas problemi investor tələbatıdır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin iqtisadçısı Əli Əhmədzadə "Bakı İqlim Fəaliyyət

Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib. Layihə çərçivəsində Qusarın Böyü

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam


iqtisadi xeberler bitcoin investisiya internetden pul qazanmaq biznes xeberleri