ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb.
Marja.az ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasında qeydiyyata alınıb.
Tranzaksiyanın ümumi dəyəri 1,646 trilyon som (təxminən 140 milyon ABŞ dolları) təşkil edir. Razılaşmaya əsasən, Davr Bankın 51 milyon adi səhmini əldə etməklə Bankın kapital strukturunda 51% paya sahib olub.
Bank yaxın günlərdə Özbəkistan bazarında "ABB Davr" brendi altında universal bank kimi fəaliyyətə başlayaraq fərdi müştərilərə, kiçik və orta bizneslərə, eləcə də iri korporativ qurumlara geniş çeşiddə bank xidmətləri göstərəcək.
Hazırda Davr Bankın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var, aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində, 23 avqust 2026-cı ildə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr Bank" layihəsinin rəsmi açılışı olub.
ABB Maliyyə Qrupunun Özbəkistan bazarında fəaliyyətlə bağlı strateji baxışı ilə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun müsahibəsindən tanış ola bilərsiniz.

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?