"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq
"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
Banker.az bankın məlumatına istinadən xəbər verir ki, bununla "Bank Respublika"nın aktivləri hazırkı səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə böyüyəcək. Sistem əhəmiyyətli bank statusuna malik "Bank Respublika" ilə "AccessBank"ın birləşdirilməsi nəticəsində daha geniş miqyasda fəaliyyət göstərən maliyyə institutu yaranacaq.
"Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun sözlərinə görə, sözügedən əqd bankın inkişafında yeni və mühüm mərhələnin başlanğıcıdır. O bildirib ki, növbəti mərhələdə aparıcı beynəlxalq maliyyə institutlarının "Bank Respublika"nın səhmdarlarına çevrilməsi uzunmüddətli münasibətləri yeni tərəfdaşlıq səviyyəsinə yüksəldəcək.
Əqd çərçivəsində "AccessBank"ın səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edəcəklər. Bununla da "AccessBank"ın mövcud səhmdarları "Bank Respublika"nın səhmdarlarına çevriləcəklər.
Planlaşdırılan əməliyyatın 2026-cı ilin noyabr ayınadək tamamlanması nəzərdə tutulur. Səhmlərin alınmasından sonra hər iki bank ilkin mərhələdə ayrıca fəaliyyət göstərəcək. Sonrakı mərhələdə bankların vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?