Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib

Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib®Qafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan Bir, m10 rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən "Ey-ay" çatbotunu istifadəyə verib. Artıq m10 istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə "Ey-ay" ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər m10 xidmətlərini asanlıqla tapa bilərlər.
Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. Bir ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.
 Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov "Ey-ay" haqqında danışarkən bildirib: "Bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər. "Ey-ay" sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik".
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az

Banklar     Tarix: 11 avqust 2026

Oxşar xəbərlər

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®

Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib. Yeni Visa Infinite kartı sahibinə yalnız ödəniş vasitəsi deyil, gündəlik həyatd

Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib. Azərbaycan Respublikasının Ekologiya və Təbi

Əhalinin bank əmanətləri 18,2 milyard manatı keçib, dollarlaşma illik azalıb

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2026-cı ilin avqustunda aylıq 315,2 milyon manat və ya 1,8% artaraq 18 milyard 211,9 milyon manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlər 2 milyar

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdə

Tikinti şirkətləri bankların "sevimlisinə" çevrilib

Azərbaycanda bankların tikinti və inşaat sektoruna kredit qoyuluşları 2026-cı ilin ilk 8 ayında kəskin artıb. Avqustun sonunda bu sektor üzrə kredit portfeli 2 milyard 122,7 milyon manata çatıb. 2025-ci ilin sonunda göstəric

Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır

Bankların faiz və onlara bağlı xərcləri 2026-cı ilin yanvar–avqust dövründə 1 milyard 363,4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadə

İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həm yığımlar, həm də ödənişlər azalıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər veri

BOKT İsmayıllıda filialını açır

Bank Olmayan Kredit Təşkilatı "Caspian Invest" MMC regionlarda xidmət şəbəkəsini genişləndirir. xəbər verir ki, BOKT İsmayıllı rayonunda yeni filialının fəaliyyətə başlayacağını elan edib. VTB-də minimal faiz dərəcəs

"Meqa Həyat Sığorta" yığımlarını təxminən ikiqat artırıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–avqust aylarında yığımlarda bazarın ən yüksək artım templərindən birini nümayiş etdirib. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, şirkə


iqtisadi xeberler bitcoin qiymeti en son xeberler emlak xeberleri avtomobil xeberleri