Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda ®Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasını Ər-Riyadda keçirilən "Money20/20 Middle East" tədbirində nümayiş etdirib.
Tədbirdə çıxış edən Bir ekosisteminin rəhbəri Fərid Hüseynov Bir-in Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidində oynadığı mühüm rolundan danışıb. O, 5 milyondan çox istifadəçiyə xidmət göstərən Bir ekosisteminin gündəlik maliyyə və istehlak təcrübələrini daha rəqəmsal və əlçatan etməyə yönəlmiş yanaşmasını iştirakçıların diqqətinə çatdırıb. Ağıllı maliyyə institutlarının inkişafı, fintex layihələrinin genişləndirilməsi və rəqəmsal ödənişlərin gələcəyi kimi aktual mövzuların müzakirə olunduğu "Executive", "Bridge" və "Off-the-Record" səhnələrində çıxış edən Fərid Hüseynov "Google", "Deutsche Bank" və "BlackRock" kimi qlobal texnologiya və maliyyə nəhənglərinin rəhbərləri ilə fikir mübadiləsi aparıb.
Nağd ödəniş ənənələrinin hələ də güclü olduğu bazardakı təcrübəyə əsaslanan Fərid Hüseynov rəqəmsal xidmətlərə etimadın formalaşdırılması və fərqli istifadəçi qruplarının ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Məhz bu məqsədlə Bir ekosistemi Birbank mobil tətbiqi və m10 rəqəmsal pulqabı kimi xidmətləri, həmçinin müştərilərə hesablarını nağd şəkildə ödəməyə imkan verən Milliön terminalları da daxil olmaqla, geniş fiziki infrastrukturla birləşdirərək istifadəçilərin rəqəmsal mühitə tədricən və rahat keçidini təmin edir. Eyni inklüziv yanaşma yaşlı nəsil və xüsusi qayğıya ehtiyacı olan (məsələn, eşitmə məhdudiyyətli) şəxslərə də şamil edilir: onlara həm tətbiqdaxili əlçatanlıq funksiyaları, həm də filiallarda ənənəvi müştəri dəstəyi təklif olunur.
Fərid Hüseynov tədbirlə bağlı təəssüratlarını bölüşərək qeyd edib: "Money20/20 texnologiya və maliyyə sektorunun innovasiyalarına həsr olunmuş ən nüfuzlu qlobal platformalardan biridir. Ər-Riyaddakı panel sessiyalarında Azərbaycanın bu sahədəki böyük potensialını və iqtisadiyyatımızın sürətli rəqəmsallaşma prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mənim üçün vacib hadisə idi. Rəqəmsal transformasiya alış-verişdən tutmuş ölkədaxili və beynəlxalq pul köçürmələrinə, ictimai nəqliyyatda ödənişlərə qədər geniş bir sahəni əhatə edir. Tədbirdə nümayiş etdirilən yüksək marağı görmək və dünyanın aparıcı texnologiya və maliyyə institutlarından olan həmkarlarla fikir mübadiləsi aparmaq olduqca xoş idi".
Üç gün davam edən və 30 mindən çox iştirakçını bir araya gətirən konfransda quraşdırılmış maliyyə (embedded finance), dəyişən müştəri ehtiyacları, fintex həllərinin qlobal miqyasda tətbiqi və maliyyə xidmətlərində süni intellektdən istifadə kimi sənayenin ən aktual mövzuları müzakirə olunub. Rəqəmsal məkanda böyük inkişaf potensialına malik ölkədə rəqəmsal platformaları uğurla özündə birləşdirən ekosistem qurmağın üstünlüklərini və bu yoldakı çağırışları önə çəkən Bir tədbirdə fərqli yanaşma təqdim edib.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az  / banker.az

Banklar     Tarix: 21 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarını konsolidasiyaya getməyə məcbur etmir. Bu barədə qurumdan bildirilib. "Konsolidasiya ilə bağlı qərarlar, ilk növbədə, bankların səhmdarlarının biznes strategiyası v

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb


iqtisadi xeberler valyuta xeberleri internetden pul qazanmaq 1000 manatla biznes bitcoin qiymeti