Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
®Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir, HoReCa (otel, restoran, kafe/ketrinq) sektorunda müştəri təcrübəsini yaxşılaşdırmaq, rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal ödənişlərin tətbiqini genişləndirmək məqsədi ilə İctimai İaşə və Qastronomiya Assosiasiyası (İİQA), eləcə də restoran və pərakəndə bizneslər üçün rəqəmsal həllər təqdim edən "Clopos" startapı ilə strateji tərəfdaşlığa başlayıb.
Bir, İİQA və "Clopos" arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində xidmət sektoru üçün yeni başdan-başa onlayn ("end-to-end") rəqəmsal həll tətbiq edir. Bir ekosisteminin infrastrukturu üzərində qurulan bu həll sifarişdən ödənişədək bütün prosesləri rəqəmsallaşdırır. Vahid QR mexanizmi sayəsində qonaqlar masadakı kodu oxudaraq menyuya daxil ola, xidmət göstərən şəxsi gözləmədən sifariş verə, hesabı Bir Pay və digər ödəniş vasitələri ilə ödəyə, həmçinin rəqəmsal şəkildə bəxşiş əlavə edə bilərlər.
Həll müştərilər üçün daha rahat və sürətli xidmət təcrübəsi yaratmaqla yanaşı, iaşə obyektlərinə sifariş və ödəniş proseslərini optimallaşdırmağa və əməliyyatların effektiv idarə olunmasına imkan yaradacaq. Tərəfdaşlığın əsas hədəfi texnologiya, ödəniş infrastrukturu və HoReCa bizneslərini bir araya gətirərək sektorun rəqəmsal inkişafına və dayanıqlı ekosistemin formalaşmasına töhfə verməkdir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?