Bir yandan BAHALAŞMA problemi, digər tərəfdən Qarabağ və Zəngəzur - 2022-nin TƏHLİLİ

Bir yandan BAHALAŞMA problemi, digər tərəfdən Qarabağ və Zəngəzur - 2022-nin TƏHLİLİSəməd Vurğunun "Çörək bol olarsa, basılmaz vətən" sözləri XX və XXI əsrdə işlək olaraq qalmaqdadır. Camaat xörəkdən çox çörək yeyir. Çünki bu yolla digər və daha baha olan ərzaqlara qənaət etmiş olur. Belə deyək, 4 nəfərlik 1 ailənin evindəki qazanda 4 küftə varsa, 1 çörəyi 4-ə bölməklə hər kəs şam yeməyində doya bilər. Lakin Rusiya-Ukrayna savaşı ilə bağlı taxıl məhsullarındakı qıtlıq çörəyin qiymətini artırdı. İnsanların çoxu pəhrizə keçmək qərarı aldı, lakin ayın sonu borclananda meyvə-tərəvəzlə dolanmağın ucuz başa gəlmədiyini anladılar. Nefti də müftə əldə etmədiyimiz, öz qazımızı limitlə işlətdiyimiz 2022-də 2021-dəki problemlərin həll olunduğunu demək olmaz:
– İrəvanla Bakı arasında sülh imzalanmayıb;
– Separatçı rejim qanunsuz fəaliyyətini davam etdirir;
– "Tərtər işi" ilə bağlı araşdırmalar yekunlaşmır;
– Kadr islahatları davam edir;
– Rüşvətxorluq problemi həll olunmayıb;
– Monopoliya zəifləmir;
– Əhali iş yeri və orta aylıq əmək haqqı statistikası ilə razı deyil;
– Yetişən nəsil xaricdə təhsil bəhanəsilə ölkədən çıxır.
KONKRET.az xəbər verir ki, problemləri sadalamaqla bitməz. Yəni ən çox islahat aparılan məhkəmə-hüquq sistemindən tutmuş kənd təsərrüfatına kimi hər yerdə köhnə problemlər yamaq kimi qalmaqdadır.
• Əhali Tarif Şurasına nifrət edir. Səbəb şuranın hər yığışanda onsuz da ciblərə uyğun olmayan qiymətləri daha da qaldırmasıdır.
• Xalq minimum əmək haqqı, pensiya taleyi ilə barışıb.
• İnsanlar məmur istefalarına əvvəlki kimi sevinə bilmirlər. Çünki köhnə müsadirələrdən sonrakı dolanışıqlarında müsbət dəyişiklik görmədilər.
• Bundan başqa, sabiq rüşvətxoru əvəzləyən bəzi yeni məmurların da korrupsiyalı fəaliyyəti vətəndaşların rifah ümidini sındırıb.
Azərbaycanın Prezidenti İlham Əliyev bütün sadalanan problemlərin həllinə çalışır. İstəyir ki, dövlətimiz layiq olduğu inkişaf səviyyəsinə çatsın. Bu yolda o, xarici mübarizə apardığı kimi, həm də daxili savaşdadır. Haqq savaşı nəticəsində Ziya Məmmədov, Eldar Mahmudov, Ramiz Mehdiyev, Vasif Talıbov kimi iriçaplı korrupsiya silahları zərərsizləşdirildi. Hər çıxışında hökuməti formalaşdıran məmurlara da xəbərdarlıq edir ki, onların vəzifəsi xalqa xidmət etməkdir. Lakin bəzilərinin qulaqlarını büdcədən oğurlanan pullar tutub deyə onlar vətəndaşlara "kasıb", – deyə üstdən aşağı baxırlar. Bunu bəzi yeni vəzifəlilərə də aid etmək olar. Bəli, elə Məmmədovlar var ki, kreslo görən kimi Mehdiyevləşir. "Görməmişin oğlu oldu" məsəli. Yəni durum o qədər acınacaqlıdır ki, 1 ili tamam olmadan istefaya göndərilən nazirlər var. Anar Kərimovun mədəniyyət naziri vəzifəsindən azad edilməsi ən son örnəklərdəndir.
Problem ondadır ki, Azərbaycan müstəqilliyini bərpa edərkən kommunist korrupsiyalı ruspərəstlər mühüm postları tutdular və indi virus kimi fəaliyyətlərini özündən sonrakılara ötürürlər. Buna görə yeni məmurların müəyyən qismi də "tas" ödəməli olur deyib onlara bəraət qazandırmaq fikrimiz yoxdur. Çünki hər qoyun öz ayağından asılır. Rüşvətxor qoyunların qırxımı isə davam edir. Sadəcə, sadə insanlar anlamalıdır ki, bu, 1 günün və ya 1 sərəncamın işi deyil. Nümunə kimi, işğal olunan torpaqların 30 il sonra geri qaytarılmasını və buna baxmayaraq qondarma rejimin hələ də qanunsuz fəaliyyətdə olduğunu göstərmək olar. Azərbaycanın daxilindəki qondarma fəaliyyətlər erməni "arsax"ı ilə bitmir. Bəzi məmur özbaşınalıqları, yüksək vəzifə uğrunda çəkişmələr, Bəxtiyar Hacıyevlər, patı biznesi, süni qiymət artımı da 2022-nin xaoslu tərəfidir.
Qarabağdan söz düşmüşkən, Azərbaycanın xarici siyasət kursu XXI əsrin dünyası üçün nümunədir. Prezident İlham Əliyevin koronavirusla mübarizəsi, Rusiya ilə müttəfiqliyi, Ukraynaya humanitar yardım göndərməsi, ABŞ və NATO əməkdaşlıqları, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanı pay sahibi etməsi 2022-nin uğurlarındandır. Milli maraqlarımızın ölkə sərhədlərindən kənar müdafiəsi, qlobal layihələrə müəlliflik etməyimizdə onun siyasətinin bəhrəsi var. Bu il Ursula fon der Lyayenin Bakı səfəri, Azərbaycanla Avropa arasında imzalanan enerji memorandumu tarixi hadisədir. İnsan kapitalı, sosial rifah, gənclər siyasəti, qadın hüquqlarının təminatında Azərbaycanın sürətli sıçrayışı hiss olunmaqdadır.
Müəyyən çətinlikləri reformların hələ tam bitməməsi, pandemiya məhdudiyyətlərinin vurduğu ziyan və II Qarabağ savaşındakı xərclərlə də əlaqələndirmək olar. İndi əsas vəzifə ölkənin daxili stabilliyinə xələl gətirə biləcək ünsürlərin zərərsizləşdirilməsi, ərazi bütövlüyünün təminatı və Zəngəzur dəhlizinin açılışıdır. Heydər Əliyev ilində Azərbaycanı çiçəkləndirəcək iqtisadi bahar gözləyir. Regionların sosial-iqtisadi inkişaf planı icra olunduqca insanların bölgələrdən iş üçün paytaxta axını səngiyəcək.
2023-də Bakı sakinlərinin özləri yüksək maaşla işləməyə görə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yollana bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Xəbərlər     Tarix: 29 dekabr 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind


iqtisadi xeberler telefonla pul qazanmaq online pul qazanmaq valyuta kurslari valyuta xeberleri