Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə®İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür.
Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİMA İmza ilə köçürmə prosesi daha sürətli və rahat həyata keçirilir. Qeyd edək ki, indiyədək bu əməliyyatlar 3D təhlükəsizlik sistemi çərçivəsində göndərilən birdəfəlik təsdiq kodu ilə təsdiqlənirdi.
İnteqrasiyanın əsas məqsədi pul köçürmələri zamanı təsdiqləmə prosesini sadələşdirmək, əlavə addımları aradan qaldırmaq və istifadəçilərin rəqəmsal bankçılıq təcrübəsini daha da yaxşılaşdırmaqdır.
Qeyd edək ki, hazırda yeni imkan yalnız Birbank tətbiqində SİMA İmza ilə qeydiyyatdan keçmiş müştərilər üçün əlçatandır. Digər istifadəçilər pul köçürmələrini əvvəlki qaydada, 3D təhlükəsizlik kodu vasitəsilə təsdiqləyə bilərlər. Növbəti mərhələdə isə digər istifadəçilərə də SİMA İmza ilə köçürmələri təsdiqləmək imkanı təqdim olunacaq.
 SİMA İmza haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən mobil tətbiq vasitəsilə ödənişsiz şəkildə əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 16 oktyabr 2026

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyy

"PAŞA Bank" 134 milyon manata yaxın xalis mənfəət açıqladı

"PAŞA Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 133 milyon 802 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 965 min manat və ya 0,7% çoxdur. Bankın faiz gəlirləri və kredi

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb. bankı

"Bank VTB (Azərbaycan)" 9 ayı 7.7 milyon manat mənfəətlə tamamladı

"Bank VTB (Azərbaycan)" 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil etmişdi. bu barəd

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artara

"TuranBank"ın mənfəəti 36% artıb

"TuranBank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat və ya 35,6% çoxdur. Bununla belə, bankın xali

"AFB Bank"ın 3-cü rübdə xalis mənfəəti 59% artıb

AFB Bank 2026-cı ilin 3-cü rübünü 3 milyon 602 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 2 milyon 263 min manat olmuşdu. Beləliklə, bankın xalis mənfəətində illik müqayisədə 59.2%-li

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür. Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİM

Premium Bank 9 ayda 13 milyon manata yaxın xalis mənfəət əldə edib - 43%-LİK ARTIM

"Premium Bank" ASC 2026-cı ilin ilk 9 ayını 12 milyon 983 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,8% artıb. Eyni zamanda, bankın kredit portfeli 496,


iqtisadi xeberler bitkoin valyuta kurslari dollarin kursu bu gun avtomobil xeberleri