Birbank-ın "10 001 hədiyyə" lotereyası yekunlaşdı

Birbank-ın Ölkənin ilk rəqəmsal bankı Birbank-ın 13 oktyabr – 15 dekabr tarixlərində keçirilən "10 001 hədiyyə" lotereyası yekunlaşdı. 3 tirajdan ibarət lotereyanın final tirajında ümumilikdə 1 583 683 karta məxsus 30 519 156  şans iştirak edirdi. 27 dekabr tarixində canlı yayımda təsadüfi üsulla seçilən 3 335 kart qalib oldu. 3 tirajın sonunda 1 ədəd 2 otaqlı təmirli mənzil, 3 ədəd 10 000 AZN pul mükafatı, 3 ədəd 2 000 AZN və 4 ədəd 1 000 AZN dəyərində səyahət paketi, 90 ədəd "Umico Market"dən 500 AZN dəyərində hədiyyə kuponu da daxil olmaqla uduş fondunda olan 10 001 hədiyyə öz sahibini tapdı.
Ötən gün isə lotereyanın final tirajının qaliblərinə hədiyyələr təqdim edildi. Hamının qazanmağı arzuladığı "Xəzri Rezidens" yaşayış kompleksindən 2 otaqlı mənzilin qalibi Sonya xanım həyəcanını tədbir iştirakçıları ilə bölüşdü. "İnanın, mən hələ də şokdayam. Baxmayaraq ki, bu gün Kapital Bank-da bizə hədiyyələrimiz təqdim edilir, amma yenə də inana bilmirəm ki, mənzil udmuşam. Çox sevincliyəm, hər kəs məni təbrik edir. Artıq, ailəm, qohumlar, dostlar məndən mənzildə qonaqlıq sözü alırlar. Mən heç vaxt lotereyaların doğruluğuna inanmamışam, Kapital Bank isə fikirlərimi alt-üst elədi. Mənim ən böyük arzumu reallaşdırdığınız üçün sizə təşəkkür edirəm".
Bu dəfə 10 000 AZN  pul mükafatını lotereyada 185 şansla iştirak edən Hacıbaba bəy qazandı. "Maraqlısı odur ki, mənim lotereyada iştirak etdiyimdən belə xəbərim olmayıb. Neçə şansım olduğunu belə bura gələndə əməkdaşlarınız dedilər mənə. İlk dəfə zəng gələndə dedim yəqin yalandır. Çünki ətrafımda bank adı ilə aldadılan adamlar olub. Amma fikir verdim ki, məndən kod, kart nömrəsi, heç nə istəmədilər. Neçə dəfə eşitmişəm ki, şəxsi məlumatlarınızı istəyən adamlara inanmayın. Nə deyim, qalib olmaq gözəl hissdir. Xüsusən də 10 000 manat pul qazanmısınızsa. Mən müştərilərinizə belə gözəl imkanlar yaratdığınız üçün sizə təşəkkür edirəm".
Final tirajında 2 000 AZN dəyərində səyahət paketi isə Tərlan bəyin şansına düşüb. "Mən rəqəmsal keçirilən lotereyalara inanıram. Təbii ki, bu şans məsələsidir, amma qazanacağıma inanırdım. Səyahət bayram öncəsi əla hədiyyədir. Mən 15-20 il xarici ölkələrdə yaşamışam, səyahət də etmişəm. Son 3 ildə isə maddi səbəblərdən bu alınmırdı. Mənim üçün yeni bir həyəcan olacaq. Heç vaxt olmadığım bir ölkəyə getməyi planlaşdırıram. Sizə isə bu şansı yenidən mənə verdiyiniz üçün təşəkkür edirəm".
Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz:
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
  / banker.az

Banklar     Tarix: 30 dekabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma


iqtisadi xeberler valyuta kurslari bank faizleri biznes qurmaq online pul qazanmaq