Birbank-ın "10 001 hədiyyə" lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi

Birbank-ın ®Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət "10 001 hədiyyə" lotereyası keçirilir. Artıq lotereyanın 2 tirajı geridə qalıb. 2 tirajda ümumilikdə 2 104 008 karta məxsus 19 819 173 şans iştirak edib. Canlı yayımda təsadüfi üsulla seçilən 6 600 kart qalib olub. İki tirajın sonunda uduş fonduna daxil edilən hədiyyələrdən 10 000₼ pul mükafatı, 1 000₼ dəyərində səyahət paketi, "Umico Market"dən 500₼ dəyərində hədiyyə kuponu, 10 "Umico" bonusları və 5₼ dəyərində keşbeklər öz sahiblərini tapıb. 
Ötən günlərdə isə lotereyanın birinci və ikinci tirajının qaliblərinə hədiyyələr təqdim edilib. 
İlk tirajda 10 000₼ pul mükafatına Aysel xanım sahib olub, onun 1-ci tirajda 50 şansı var idi. "Lotereyadan məlumatım olsa da, mənə mesaj gələndə inanmamışdım. Hətta linkə belə daxil olmadım. Doğrudur, oyunlarda şanslıyam, amma bu məbləğdə mükafatı qazanacağım ağlıma gəlməzdi. Bilirəm ki, lotereyalara inanmayanlar çoxdur. Mən də onlardan biri idim, amma Kapital Bank fikrimi dəyişdi. Şəffaf oyun üçün sizə təşəkkür edirəm. Məni çox sevindirdiniz. Hər kəsə uğurlar arzu edirəm". 
Qusarda yaşayan Ağakərim bəyin isə ilk tirajda 85 şansı var idi və o, 1000₼ dəyərində səyahət paketi qazanıb. "2 ildən çoxdur Birbank kartları istifadə edirəm. Amma ilk dəfə lotereyada qalib olmuşam. Çoxdandır Şərq ölkələrinə səyahət planlayıram, amma büdcəm yetmirdi. Bu məbləğ lap yerinə düşdü"- deyə, qalib bildirib.
2-ci tirajda 20 şansla iştirak edən Musa bəy də 10 000₼ mükafat qazanmağın sevincini bölüşdü: "Mənə ilk dəfə zəng edib məlumat verəndə elə bildim dost-tanışlarım zarafat edirlər. Təəccübləndim, çünki heç vaxt şansa inanmamışam. Amma fikrim dəyişdi, hətta mən artıq özümü şanslı adam hesab edirəm. Kapital Bank-a isə təşəkkür edirəm". 
1 000₼ dəyərində səyahət kuponu qazanan Pərviz bəy isə mükafatın bayram öncəsi onu çox sevindirdiyini bildirdi: "Kapital Bank-a minnətdaram Yeni il öncəsi bundan gözəl hədiyyə ola bilməzdi. Mən səyahəti çox sevirəm. Kuponu ölkədaxili səyahətə istifadə edəcəm. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın". 
Lotereyanın 3-cü tirajı 27 dekabr tarixində həyata keçiriləcək. İstifadəçilər linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. . Qaliblər tirajın sonunda, Kapital Bank-ın sosial media hesablarında və saytında elan olunacaq. 
Xatırladaq ki, lotereyada uduş fonduna "Xəzri Rezidens" yaşayış kompleksindən 2 otaqlı mənzil daxildir. Eyni zamanda dəniz mənzərəli "Xəzri Rezidens" yaşayış kompleksindən mənzil aldıqda  "Birbank" promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: .
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. / banker.az

Banklar     Tarix: 26 dekabr 2023

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne