Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini fəth edərək tarixi bir uğura imza atdı. Bu möhtəşəm nailiyyətə gedən yolda onun əsas tərəfdaşlarından biri isə Birbank oldu.
8848 metr yüksəklikdə yerləşən Everest dağı Nepal və Çin sərhədində, Himalay dağ silsiləsində yerləşir. Bura qalxmaq coğrafi baxımdan ən çətin zirvələrindən biri sayılır. Ekstremal hava şəraiti, -40°C-yə qədər düşən temperatur, oksigen çatışmazlığı, güclü küləklər və yüksək risklər alpinistlər üçün bu səyahəti son dərəcə çətin və təhlükəli edir. Bu səbəbdən Everestə qalxmaq yalnız fiziki güc deyil, həm də yüksək iradə, psixoloji dayanıqlılıq və illərlə davam edən ciddi hazırlıq tələb edir.
"Mən səkkiz ildir Everesti fəth etməyi düşünürdüm. Lakin son iki ildə bu məqsəd üçün çox ciddi hazırlaşırdım" – deyə Bakıya qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Vəfa Musayeva bildirib. "Çətinliklərin çox olmasına baxmayaraq, mən bunu bacardım".
Vəfa Musayeva bildirib ki, bu zirvəyə aparan yolda Birbank-ın dəstəyi onun üçün xüsusi rol oynayıb: "Birbank komandası mənimlə hər gün əlaqə saxlayır, motivasiya verirdi. Mən onların dəstəyini daim hiss edirdim. Bu qədər inam və dəstək qarşısında mən də Azərbaycan üçün irəli getdim" – deyə alpinist vurğulayıb.
O, zirvəyə çatdığı anı isə belə xatırlayır: "Zirvəyə çatanda özümdən asılı olmadan bir də gördüm ki, alnımı Everestə qoymuşam. Ona məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağlar həqiqətən də müqəddəs yerlərdir. O səni çağırmalı və qəbul etməlidir. Mən buna inanıram. Daha sonra bayrağımızı səmaya qaldırdım və emosional duyğular yaşadım. Külək və şaxta idi, orada çox qalmaq olmazdı. Ancaq bayrağımızla şəkil və qısa bir video çəkdirə bildim, daha sonra geri qayıtdım".
Qeyd edək ki, Birbank bir çox istiqamətlərdə qadınların liderlik və təşəbbüskarlıq sahələrindəki inkişafını hər zaman dəstəkləyir və Vəfa Musayevanın bu uğurunu qadın gücünün, qətiyyətin və milli qürurun parlaq nümunəsi kimi qiymətləndirir. / banker.az

Banklar     Tarix: 22 may 2025

Oxşar xəbərlər

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha


iqtisadi xeberler internetden pul qazanmaq bu gunun xeberleri biznes krediti birbank