Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol®Birbank Invest istifadəçilərinə yeni investisiya fürsəti yaradır. Belə ki, bu gündən etibarən Birbank Invest istifadəçiləri birbaşa PAŞA Bankın səhmdarı olmaq imkanını əldə edirlər. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan bu şansı dərəyərləndirmək imkanı verir.
PAŞA Bank tərəfindən həyata keçirilən IPO çərçivəsində abunə yazılışı 12 may 2026-cı il tarixinədək həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq.
Bu çərçivədə PAŞA Bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin ticari qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəlir hesablanacaq. Səhm alışı üzrə bütün komissiyalar PAŞA Bank tərəfindən qarşılanır və müştərilər üçün əlavə komissiya tətbiq olunmur. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.
Yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra edilir. Ətraflı məlumat əldə etmək üçün: www.b-b.az/ipo-deeplink
Qeyd edək ki, bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-su olmaqla yanaşı, ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.
Birbank Invest tətbiqini yükləmək üçün: 
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin və bazarda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Əlaqə Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Xidmət "PAŞA Kapital İnvestisiya Şirkəti" ilə birgə təqdim olunur. / banker.az

Banklar     Tarix: 13 aprel 2026

Oxşar xəbərlər

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

"AccessBank"ın xalis mənfəəti 45 milyon manatı keçib

Digər yerli bankla birləşmə ərəfəsində "AccessBank" QSC 2026-cı ilin yanvar-sentyabr aylarını 45,25 milyon manat xalis mənfəətlə başa vurduğunu açıqladı. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 35,62 milyon manatl

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Ölkənin birinci bankı Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyo

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib

ABB-nin nəzarət paketini aldığı Özbəkistanın "Davr Bank"ında Müşahidə Şurasının bütün tərkibi dəyişdirilib, İdarə Heyətinə isə ABB-nin iki nümayəndəsi sədr müavini təyin olunub. Səhmdarlar bankın adının "AB

Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI

Azərbaycanda bank müştərilərinin 2026-c ilin sentyabr ayı üzrə bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanıb. Azərbaycan Mərkəzi Bankına istinadən həmin indeksi təqdim edir:

"AFB Bank"ın 3-cü rübdə xalis mənfəəti 59% artıb

AFB Bank 2026-cı ilin 3-cü rübünü 3 milyon 602 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 2 milyon 263 min manat olmuşdu. Beləliklə, bankın xalis mənfəətində illik müqayisədə 59.2%-li

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah


iqtisadi xeberler dollar manat kursu pul qazanmaq bank faizleri en son xeberler