Birbank istifadəçilərinə bir sıra yeniliklər təqdim ediləcək - MÜSAHİBƏ

Birbank istifadəçilərinə bir sıra yeniliklər təqdim ediləcək - MÜSAHİBƏBu gün rəqəmsallaşma Azərbaycanda demək olar ki, heç bir fəaliyyət sahəsindən yan keçməyib. Dövlət qurumlarından tutmuş özəl sektorda işləyən şirkətlərə qədər vətəndaşlara yüksək texnologiya və innovasiyalara arxalanan müasir həllər təqdim edirlər. Təbii ki, yerli banklar da bu tendensiyadan geri qalmır. Misal kimi elə ölkənin ilk rəqəmsal bankını — Birbank-ı göstərmək olar. Kapital Bank-ın Birbank Sahəsinin lideri Zakir Xənməmmədov rəqəmsal bankın üstünlükləri, funksiyaları və gələcəkdə təqdim ediləcək yenilikləri barədə danışıb.
-Zakir müəllim, ilk olaraq oxuculara tətbiq və rəqəmsal bankın fərqi barədə məlumat verərdiniz?
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
-Bir neçə il əvvəl bütün dünyada olduğu kimi Azərbaycanda da banklar ənənəvi bank xidmətləri ilə yanaşı mobil tətbiqlər təqdim etməyə başladılar. Və bunun da nəticəsində bir sıra xidmətlərdən məsafədən faydalanmaq mümkün oldu. Lakin illər keçdikcə, təklif olunan xidmətlərin çeşidləri artdıqca, mobil tətbiqlər artıq sadəcə tətbiq deyil, rəqəmsal banklara çevrilməyə başladılar. Yerli maliyyə sektorunun lider mobil tətbiqi olan Birbank da bu tendensiyadan geri qalmadı və ölkənin ilk rəqəmsal bankına çevrildi. Rəqəmsal bankın mobil bank tətbiqdən əsas fərqi kreditlərin və ödəniş kartlarının filiala gəlmədən əldə edilməsi imkanının mövcudluğudur. Yəni müştəri heç yerə getmədən, tam onlayn formada kredit yaxud kart üçün müraciət edə və ən qısa zamanda onları əldə edə bilir. Hal-hazırda müştərilərimiz Birbank, korporativ saytlarımız, "Wolt" və digər onlayn kanallar vasitəsilə kredit və ya kart üçün aktiv şəkildə müraciət edirlər.
-Birbank ölkənin ilk rəqəmsal bankı olandan sonra nələr dəyişdi? 
-Bu arada ölkədə bir çox yeniliklər baş verdi. Bildiyiniz kimi, 2021-ci ilin noyabr ayından etibarən "Apple Pay", bir qədər sonra cari ilin avqust ayında isə "Google Pay" ödəniş üsulları Azərbaycanda fəaliyyətə başladı. Məlumat üçün bildirim ki, "Google Pay" dünyanın yalnız 45 ölkəsində tətbiq edilib və bu ölkələr arasında Azərbaycanın yer almağı bank sektorumuzun uğuru kimi qiymətləndirmək olar. Daha sonra dünyada ilk olaraq "Wolt" şirkəti ilə əməkdaşlıq çərçivəsində biz bank kartlarının çatdırılmasını həyata keçirməyə başladıq. Müştərilər həm Birbank-dan və saytımızdan, həm də "Wolt" tətbiqi daxilindəki marketpleysdən kart sifariş edə və sifariş anından sonrakı 1 saat ərzində çatdırılma ilə kartlarını əldə edə bilirlər. Qeyd edim ki, kartlar da, çatdırılması da tam olaraq pulsuz təqdim olunur.
Paralel olaraq bank xidmətlərinin inkluzivliyinin artırılması üçün böyük market şəbəkələri, ticarət mərkəzləri və partnyor mağazalarında ödəniş kartlarının satışına başladıq. Kartların dəyəri 1 AZN təşkil edir, kart eyniləşdirildikdən sonra ödənilən 1 AZN kart balansına geri qaytarılır. Beləliklə, müştərilərin vaxtına qənaət etmək məqsədilə banka getmədən Birbank kartlarını əldə etmək üçün 2 innovativ həll vardır: "Wolt" tətbiqi də daxil olmaqla onlayn sifarişlə 1 saat ərzində ünvana çatdırılma və ya marketə yaxud mola gedən zaman xüsusi stendlərdən bank kartını əldə etmə.
Daha bir yenilik — son zamanlar, xüsusən də "COVID-19" pandemiyası dövründə, məşhurlaşan onlayn mağazaların toplaşdığı "Umico Market" platformasının Birbank-a inteqrasiyasıdır. Artıq müştərilərimiz Birbank-dakı "Umico Market"-dən 160 mindən artıq çeşiddə təqdim edilən malları həm kreditə, həm də nağdsız şəkildə əldə edə bilərlər. Bütün alınan mallar növbəti gün ərzində kuryerlərlə müştərilərin ünvanlarına çatdırılır.  
-Dəyişiklik müştərilər tərəfindən necə qarşılandı? 
-Çox müsbət. Qeyd edim ki, müştərilərin əsasən rəqəmsal bankçılıq, mobil tətbiqlər və bu kimi digər vasitələrdən gözləntiləri çox yüksəkdir. Bildiyiniz kimi, son illər əhali "WhatsApp", "Facebook", "Telegram", "Instagram", "Uber", "Bolt", "Wolt", "Waze", "TikTok" və dünyaca məşhur digər tətbiqlərdən geniş istifadə edir. Bu da bizim üçün əlavə məsuliyyət yaratmaqla yanaşı, dünya trendlərinə çatmaq üçün yenilikləri təqdim etməyə zəmin yaradır. Təvazökarlıqdan kənar olsa da, qeyd edim ki, müştərilərdən, sosial şəbəkə istifadəçilərindən müsbət fidbəklər almaq bizi çox sevindirir. Hətta bəzən hər-hansı bir yeni funksiyanı tətbiq etməyin zamanının yetişməsini də məhz belə fikirlərin sayəsində öyrənirik.
-Birbank istifadəçilərini gələcəkdə hansı yeniliklər gözləyir?
-Təbii ki, bazarda olan liderliyi qorumaq, həmçinin müştəri məmnuniyyətini artırmaq üçün yeniliklərin tətbiq edilməsi  olduqca önəmlidir. Hazırda gündəlik əməliyyatların aparılması üçün daha çox imkanların tətbiq edilməsi üzərində işlər aparılır. Yeni çat-botun təqdimatı, video verifikasiya funksiyasının daha çox xidmətləri əhatə etməsi, gündəlik xərclərin analitikası, daha asan və aydın interfeys və bu kimi digər yeniliklərin təqdimatı gözlənilir. Burada bir vacib məqamı xüsusi olaraq qeyd etmək istərdim. Biz hər-hansı bir yeniliyi, istər yeni interfeysi, istərsə də əlavə funksionalı, tətbiq etməzdən əvvəl müştərilərin iştirakı ilə xüsusi fokus-qruplar təşkil edirik. Bu fokus-qruplar yenilikləri test etməyə və müştərilərin istəkləri nəzərə almağa imkan yaradır.
-Əvvəllər hamı tərəfindən sevilən, ölkənin taksit bazarının 65%-ni əhatə edən BirKart da Birbank kartı olaraq adını və dizaynını dəyişdi. Yeni kartlar əvvəlkilərdən nə ilə fərqlənirlər? 
-Birbank kartlarının bir sıra üstünlükləri var. Birbank Cashback kartı sahibinə ikiqat ƏDV bonusu, kartda olan qalıq məbləğə illik 6% gəlir, nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank daxilində kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ölkənin bütün bankomatlarından 5000 AZN-dək vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.  Birbank taksit kartı istifadəçiləri 63 günədək güzəşt müddətindən yararlana bilərlər. Həmçinin müştərilərimiz ölkə üzrə sayı 11 000-ə yaxın olan partnyor mağazalarda müxtəlif kampaniya, aksiya və endirimlərdən faydalana bilərlər.
Rəqəmlər onu göstərir ki, aktiv Birbank Cashback kartı istifadəçiləri ay ərzində bonuslardan ortalama 50 manat pul qazanırlar. Sentyabr ayı ərzində Birbank-lılar ümumilikdə 1,7 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 90 000 manatı Birbank vasitəsilə  kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərindən qazanılan 1% keşbeklərin payına düşür. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi isə 105% artıb və təqribən 230 000 manat təşkil edib.
- Müsahibəyə görə, təşəkkür edirik. / marja.az

Banklar     Tarix: 12 oktyabr 2022

Oxşar xəbərlər

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler online pul qazanmaq bitkoin leobank kart birbank