Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır

Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır®Birbank Yeni il lotereyası ilə müştərilərinə Sea Breeze-də mənzil və minlərlə hədiyyə qazanmaq fürsəti yaradır. Belə ki, indi Birbank debet, Birbank taksit və Birbank Star kartı ilə edilən ödənişlər Yeni il lotereyasında öz sahiblərinə şans gətirir. Lotereya 17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri ərzində edilən bütün ödənişlərə şamil edilir.
10 000 qalibin seçiləcəyi lotereyada 9 nəfər "iPhone 17 Pro",  20 nəfər "Apple Watch SE2", 40 nəfər "AirPods Pro", 30 nəfər 500 AZN dəyərində səyahət paketi, 9900 nəfər isə müxtəlif sayda bonuslar qazanacaqlar. Lotereyanın super-prizi Sea Breeze-də "Park Lane" yaşayış kompleksində yerləşən mənzilə isə yalnız 1 nəfər sahib olacaq.
Lotereyada iştirak üçün qeydiyyat tələb olunmur. Müvafiq əməliyyatlara görə biletlər avtomatik təyin olunur və müştərilər biletlərini Birbank mobil tətbiqində "Yeni il lotereyası" bölməsində izləyə bilərlər. Daha çox ödəniş daha çox şans deməkdir. Birbanklılar mobil tətbiq daxilində tapşırıqları tamamlayaraq biletlərinin sayını daha da artıra bilərlər. Bunun üçün Birbank mobil tətbiqində "Bizdən sizə" bölməsinə daxil olaraq "Yeni il lotereyası"na keçmək lazımdır. Burada isə iştirakçıları əlavə biletlər qazandıran tapşırıqlar gözləyir. Birmarket-də alış veriş isə biletlərin sayını 10 qat artırır. Lotereyada 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeyd edək ki, bir müştəri bir dəfə qalib ola bilər.
Qaliblər 23 fevral 2026-cı il tarixində Birbank-ın rəsmi sosial media kanallarında canlı yayım vasitəsilə təsadüfi üsulla seçiləcək.
Ətraflı məlumat üçün: www.b-b.az/nylpr/
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 25 noyabr 2025

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu