Birbank və Visa-dan yeni kampaniya: "Disneyland® Paris"ə səyahət şansı  

Birbank və Visa-dan yeni kampaniya: ®Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştərilərinə unikal təcrübə yaşadacaq yeni kampaniyaya start verir. "Disneyland® Paris-də Sehirli Dünyaya Visa dəstəyi ilə səyahət" adlı kampaniya çərçivəsində Birbank Visa taksit və debet kart sahibləri unudulmaz səyahət və pul mükafatları qazanmaq şansı əldə edirlər.
Bunun üçün sadəcə xarici onlayn platformalarda və xarici ölkələrdə POS-terminallarda Birbank Visa kartları ilə ödəniş etmək yetərlidir. Kampaniya 30 noyabr 2025-ci il tarixinədək davam edəcək və dəyərləndirmə hər 2 kateqoriya üzrə aparılacaq. Bu müddətədək ən çox dövriyyə edən ümumilikdə 1000 nəfər Birbank müştərisi qalib olacaq. Onlardan hər kateqoriyadan bir nəfər olmaqla ilk iki nəfər nağıllar aləminə, yəni "Disneyland® Paris"ə unudulmaz səyahət paketi əldə edəcək. Digər qalibləri isə dəyərli pul mükafatları gözləyir:
3-cü yer – 1000 AZN
4-5-ci yerlər – 500 AZN
6-10-cu yerlər – 300 AZN
11-20-ci yerlər – 200 AZN
21-50-ci yerlər – 100 AZN
51-200-cü yerlər – 50 AZN
Əlavə olaraq, yalnız onlayn ödənişlər istiqamətində 201-dən 800-dək yerləri tutan iştirakçıların hər birinə 20 AZN təqdim ediləcək.
Birbank-ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov bildirib: "Biz müştərilərimizə rahat bankçılıq xidmətlərimizlə bərabər, həm də unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik. Rəqəmsal dövrdə sərhədlər aradan qalxır və biz bu təcrübəni ölkə xaricinə də daşıyaraq müştərilərimizin səyahətlərini maraqlı imkanlarla zənginləşdiririk. İstəyirik ki, müştərilərimiz Birbank kartının sadəcə bir ödəniş vasitəsi deyil, həm də onları "Disneyland® Paris" kimi arzulanan məkanlara apara biləcək bir açar olduğunu bilsinlər".
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 19 noyabr 2025

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu