Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətCümə günü açıqlanan ABŞ-ın qarışıq əmək bazarı göstəriciləri hesabatı may ayında məşğulluq artımının sürətləndiyini, lakin əmək haqqı artımlarının orta səviyyədə qaldığını göstərdi. Eyni zamanda işsizlik səviyyəsinin artması da əmək bazarında şəraitin zəifləməsi fikrini dəstəklədi.
Analitiklərin fikrincə məşğulluq məlumatları FED-in qarşıdakı iclasında faiz artımını dayandıracağına dair ehtimalları gücləndirdiyini vurğulayır. Bu, FED-in aqressiv antiinflyasiya siyasətini sərtləşdirməyə başlamasından bəri ilk fasilə olacaq.
Bazar ertəsi açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərinin may ayında ardıcıl yeddinci aydır geriləyən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksindən fərqli olaraq artacağı proqnozlaşdırılır. 
Cari həftədə FED-in 13-14 İyun tarixlərində keçirəcəyi iclasdan əvvəl sükut dövrünün yaşanması səbəbindən pul-kredit siyasətinin perspektivinə dair rəsmi açıqlamalar gözlənilmir.
Lakin həftənin çərşənbə günü ticarət saldosu və cümə axşamı işsizlik müavinatı üçün müraciətlərin sayına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Ötən həftəni də 104 bənd səviyyəsində başa vuran DXY-da "buğalar" qiymətləri 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftəni 1.07$ hədlərində tamamlayan EUR/USD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada açıqlanacaq Ümumdaxili məhsulun həcmi və Avroznada, eləcədə, Almaniyada dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərini qeyd etmək olar. Təhlillərə əsasən EUR/USD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Avropa Mərkəzi Bankı inflyasiya gözləntilərinin davamlı olub-olmadığını göstərəcək istehlakçı gözləntiləri sorğusunun nəticələrini çərşənbə axşamı açıqlayacaq.
Həmçinin ECB sədri Kristin Laqard bazar ertəsi Avropa Parlamentinin İqtisadiyyat və Valyuta Məsələləri Komitəsi qarşısında ifadə verəcək və onun şərhləri yaxından izləniləcək.
Mərkəzi Bankın 15 iyun iclasından əvvəl cümə axşamı sükut dövrünə girməzdən əvvəl açıqlama verəcək digər ECB rəsmiləri arasında idarə heyətinin üzvləri Luiz de Quindos və Fabio Panetta da var.
GBP
Dollar qarşısında ötən həftə 1.2670 hədlərinə kimi bahalaşan funt-sterlinq burada müqavimətlə qarşılaşaraq yenidən ucuzlaşdı və həftəni 1.2440 hədlərində başa vurdu. GBP/USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq tikinti və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərinin necə açıqlanacağını izləyəcəklər.
GOLD
Ötən həftənin əvvəlində Amerikada borc böhranı ilə bağlı müzakirələrdə uzlaşmanın əldə olunması fonunda bahalaşan qızıl həftənin son ticarət günündə ABŞ-da artımla açıqlanan NFP məlumatlarından sonra yenidən 1930$-a kimi ucuzlaşdı və həftəni bu səviyyədə başa vurdu. Təhlillərə əsasən  qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin altında qalar və 1920$ həddini aşağıya doğru qırarsa, eniş tendensiyası daha da dərinləşə bilər.
 Məlumat investAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 05 iyun 2023

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti