Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətFED-in növbəti həftə baş tutacaq iyun toplantısında FOMC-un uçot dərəcəsini artırmayacağı ehtimallarınını 74-75% səviyyəsini keçməsi fonunda dollar indeksində yüksəliş tendensiyası bir qədər səngiyib.
Eyni zamanda analitiklər hesab edirlər ki, FED iyul toplantısında uçot dərəcəsini 25 baza bəndi artacaq və bu artımla çatılacaq 5.25-5.50% səviyyəsi faiz artımı dövrünün ən pik həddi olacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Sərt monetar siyasətin təsirlərinin iqtisadiyyata təsirləri hiss edilmçəyə başladıqca dollar üzərində təzyiqlər daha da arta bilər.
Makroiqtisadi göstəricilərə gəldikdə isə ABŞ-ın texnologiya nəhənglərindən olan "Microsoft"un səhmlərinin 3%, "Amazon"un səhmlərinin 4.2%, "Alphabet"in səhmlərinin isə 3.8% ucuzlaşması diqqət çəkib.
Açıqlanan məlumatlara görə, ABŞ-ın xarici ticarət kəsiri aprel ayında aylıq müqatyisədə 23% artaraq 74.6 milyard dollarla son 6 ayın ən yüksək səviyyəsinə çatıb.
ABŞ-da 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi keçən həftə 6.81%-ə enərək, son 4 həftə ərzində ilk dəfə azalıb.
Ölkədə istehlak kreditləri aprel ayında əvvəlki aya görə proqnozlaşdırılandan daha çox, 23 milyard dollar artaraq 4.86 ​​trilyon dollar həcmə çatıb.
Bu gün isə Avrozonada açıqlanacaq Ümumdaxili Məhsulun Həcmi  və Amerikada dərc olunacaq ilk dəfə işsizlik müavinatı üçün müraciət edənlərin sayına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Dünən ticarət gününün sonlarına doğru dollar indeksi yenidən 103.64 səviyyəsinə qədər geriləsə də, buradan dəstək görərək 104 bənd hədlərinin üzərinə yüksəlib. DXY 103.50 bənd həddindəki psixoloji baryerin üzərində qaldığı müddətcə, artım tendensiyası 105 və 108 bənd hədlərinə kimi davam edə bilər.
Çərşənbə günü qızılın qiyməti 1969$-a kimi bahalaşsa da burada müqavimətlə rastalaşaraq kəskin ucuzlaşdı. Hazırda 1946$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1941$-ın altına düşsə, eniş tendensiyası 1933$ və 1920$-a kimi davam edə bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 08 iyun 2023

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti