Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətABŞ Federal Ehtiyatlar Sisteminin tezliklə pul-kredit siyasətini yumşaltmağa başlaya biləcəyi ilə bağlı bazar spekulyasiyaları artdıqca, dollar əsas qlobal valyutalar qarşısında son iki ayın ən aşağı səviyyəsinə yaxınlaşaraq cari həftəyə də zəif başladı. Bu, ABŞ-ın faiz dərəcələrinin pik həddə çatdığına dair inam fonunda baş verir.
Asiyada bütün gözlər Çinin faiz dərəcəsi qərarında idi, burada Pekinin "benchmark" kredit faiz dərəcələrini dəyişməyəcəyi proqnozlaşdırılırdı.
Çin Xalq Bankı (PBoC), sədr Pan Qonqşenqin rəhbərliyi altında, bugün ölkədə bank kreditləri və ipoteka faizləri üçün kritik bir meyar olan Kredit Faiz Nisbətini (LPR) açıqladı. Bir illik və beş illik LPR-lər müvafiq olaraq 3.45% və 4.20% səviyyəsində saxlanılıb. Bu qərar avqust ayında bir illik faiz dərəcəsinin 3.55%-ə endirilməsindən sonra bazar proqnozlarına uyğundur və o vaxtdan sonra heç bir dəyişiklik edilməmişdir.
Avro dollar qarşısında gücünü qoruyub və cümə günü əldə etdiyi iki aylıq maksimuma yaxın qalıb. Valyuta sonuncu dəfə 1.09$ səviyyəsində alınıb və bazar bu həftənin sonunda Avrozonada Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi oxunuşlarının dərcini gözlədiyi üçün bu səviyyədə stabilləşib. Analitiklər bu oxunuşların bölgənin tənəzzülün astanasında olduğunu və ya artıq resessiyaya uğradığını göstərən əlamətlər üçün yaxından izləniləcəyini qeyd edirlər. Onlar həmçinin hesab edirlər ki, Avrozonada 2023-cü ilin ikinci yarısında başlayacaq mülayim resessiya ehtimalı getdikcə artır.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi 0.04% artaraq 103.95 bəndə yüksəlib. Bununla belə, keçən həftənin iki aylıq minimumu olan 103.79-dan uzaqlaşmaqda çətinlik çəkdi. İndeks keçən həftə təxminən 2% geriləyərək, iyul ayından bəri ən kəskin həftəlik enişini qeyd etdi. Bu, əsasən ABŞ-ın gözləniləndən daha zəif iqtisadi göstəriciləri və inflyasiya məlumatlarının proqnozlardan aşağı düşməsi, bazarların FED-in növbəti faiz artımı ehtimallarının yerini faiz endirimlərinə verməsi fonunda yaşandı. 
Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 30% təşkil edir.
Dolların ucuzlaşması bir dollar üçün 150-dən aşağı möhkəmlənən və son olaraq 149.90 səviyyəsində olan Yapon yeninə bir qədər rahatlıq gətirdi.
Britaniya funt-sterlinqi 0.06% ucuzlaşaraq 1.2460 hədlərinə qədər geriləsə də, ötən həftə çatdığı iki ayın ən yüksək səviyyəsinə (1.2505) yaxın qalıb.
Çinin kredit faiz dərəcəsi (LPR) qərarından sonra, yuan dollara nisbətdə son üç ayın ən yüksək səviyyəsinə yaxın möhkəmləndi (bir dollar üçün 7.2214 yuan).
Ümumilikdə yuanın likvid proksi kimi görünən Avstraliya dolları bir qədər 0.17% geriləyərək 0.6553 səviyyəsinə, Yeni Zelandiya dolları isə 0.04% ucuzlaşaraq 0.6032 həddinə düşüb.
Analitiklər Çin iqtisadiyyatında yumşaq bərpa mövzusunun bir müddət davam edə biləcəyini bildirirlər. Və iddi edirlər ki, Çin iqtisadiyyatında əhəmiyyətli bir canlanma olana qədər bu, yaxın perspektivdə yuan, Avstraliya dolları və Yeni Zelandiya dolları üçün problem yarada bilər.
Nəzərə alsaq ki, Şükran günü ilə bağlı olaraq cümə axşamı Amerika birjaları işləməyəcək, cümə günü isə qısa iş günü rejimi ilə çalışacaqlar, bu, digər major valyutaların dollar qarşısında bir qədər də möhkəmlənməsinə səbəb ola bilər.
Buna qədər isə Amerikadan açıqlanacaq mənzil bazarındakı satışların həcmi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, Uzunmüddətli İstifadə Üçün Nəzərdə Tutulmuş Məhsulların Sifarişlərinin həcmi, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilər, həmçinin FED-in son toplantısının dərc olunacaq protokolları dolların qiymətlərinə dəstək ola bilər. 
Bazar iştirakçıları bu həftə həmçinin Kanadada İstehlak Qiymətlər İndeksi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı,  Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışlarını diqqət mərkəzində saxlayacaqlar. 
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında sürətlə bahalaşmasına səbəb oldu. Bu həftə Almaniyada açıqlanacaq ÜDM-in həcmi, Avrozonada dərc olunacaq  Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, Avropa Mərkəzi Bankının son toplantısınının yayımlanacaq protokolları  və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EURUSD məzənnəsində volatilliyə səbəb ola bilər. 
GBP
Bazar ertəsi və çərşənbə axşamı İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışları, həmçinin,  çərşənbə günü Böyük Britaniyada dərc olunacaq Maliyyə Dayanıqlılığı Hesabatı, cümə axşamı günü açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi göstəricilər funt-sterlinqin qiymətində dalğalanmalara səbəb ola bilər. 
NEFT
Ardıcıl 4 həftədir ucuzlaşan neft qiymətləri ötən həftənin sonunda 80.90$ səviyyəsində qərarlaşdı. Yeni həftəyə qismən bahalaşma ilə başlayan "qara qızıl"-ın qiyməti 85$ həddini qırsa və bu səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 88$ və 90$-a kimi davam edə bilər. Yox əgər "ayılar" qiyməti 82$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası 77$-a kimi dərinləşə bilər. 
XAU/USD
Ötən həftə 1993$ həddini test etdikdən sonra, yenidən ucuzlaşan qızıl, ötən həftəni 1980$ həddində tamamladı. Hazırda 1982$-dan təklif edilən qiymətli metalın dəyəri 1988$ müqavimətini qırsa və bu həddin üzərində möhkəmlənə bilsə, 2010$-a kimi bahalaşa bilər. 1971$ dəstəyi qırılacağı təqdirdə isə, eniş tendensiyası daha kəskin xarakter ala bilər. / marja.az

Maliyyə     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler bitkoin qiymeti telefonla pul qazanmaq bitkoin almaq dollarin kursu bu gun