Birjalarda son vəziyyət - HƏFTƏLİK ANALİZ

Birjalarda son vəziyyət - HƏFTƏLİK ANALİZÖtən həftənin cümə günü Amerikada əmək bazarı göstəriciləri, xüsusilə də Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP) proqnozların üzərində açıqlandıqdan sonra dollar indeksi sürətlə yüksəldi.
Cari həftə ərzində isə, ABŞ-ın mühüm inflyasiya məlumatları açıqlandıqdan sonra FED-in toplantısı keçiriləcək. Yaponiya Mərkəzi Bankının iclası da bu həftə baş tutacaq. Həmçinin, İngiltərədən gələn iqtisadi məlumatlar faiz dərəcələrini azaltmağı düşünən İngiltərə Mərkəzi Bankı üçün mühim stimul ola bilər.
FED-in faiz qərarı
Çərşənbə günü Federal Ehtiyyatlar Sisteminin iki günlük iclasının sonunda faiz dərəcələrini sabit saxlaması gözlənilsə də, investorlar və analitiklər bunun əvəzinə FED-in 2024-cü ilin qalan hissəsində rəsmilərin neçə faiz endirimi siqnalı verəcəyinə dair ipucları arayacaqlar.
Ötən həftənin cümə günü açıqlanan məşğulluq məlumatları, işsizlik səviyyəsinin artmasına baxmayaraq may ayında həm Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayının, həm də maaş artımının sürətləndiyini göstərərək, bazarların bu il faiz endirimi gözləntilərini azaltdığını və ilk faiz endiriminin sentyabr ayında edilməsinin proqnozlaşdırıldığını əks etdirdi.
FED rəsmilərinin son şərhləri göstərir ki, inflyasiya səviyyəsi hələ də yüksək olduğu üçün faiz dərəcələrini azaltmağa tələsmirlər.
2022-ci ildən başlayan aqressiv faiz artımlarından sonra inflyasiya müəyyən qədər azalsa da, hələ də 2%-lik hədəfə düşməyib.
Amerikanın may ayı üçün inflyasiya məlumatları
ABŞ-da may ayı inflyasiya rəqəmləri çərşənbə günü FED-in faiz dərəcələrini açıqlamasından bir neçə saat əvvəl dərc olunacaq. İnflyasiyanın azaldığını göstərən məqamlar, xüsusilə iqtisadi zəiflik əlamətləri nəzərə alınmaqla, faiz dərəcələrinin aşağı salınmasına dair ehtimalları gücləndirə bilər.
İnflyasiyanın azalması ilə dəstəklənən "Wall Street", hadisələri yaxından izləyəcək. İnvestorlar bu il monetar yumşalma ehtimallarını qiymətləndirir və hətta iyul ayında faiz dərəcələrinin azaldılacağına dair zəif ümidlər var.
Əgər inflyasiya bu ayda da artımla açıqlanarsa, resessiya qorxularını da geri qaytara bilər.
Toplantı sonrası FED sədri Cerom Pavelin mətbuat konfransında monetar siyasətin gələcəyi ilə bağlı səsləndirəcəyi fikirlər birjalara yön verə bilər. 
EUR
Ötən həftəyə 1.0844 səviyyəsində start verən EURUSD məzənnəsi 1.0916 həddini test etsə də, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı (NFP) göstəricilərindən sonra kəskin geriləyən məzənnə, həftəlik şamını 1.08$ həddində bağladı. 
Cari həftə ərzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. 
Böyük Britaniya məlumatları
Bazar iştirakçıları, İngiltərə Mərkəzi Bankının pul-kredit siyasətinə yön verən əsas göstəricilərdən olan əmək bazarı hesabatını çərşənbə axşamı yaxından izləyəcəklər.
Bonuslar istisna olmaqla orta həftəlik qazanc, mart ayına qədər olan üç aylıq dönəmdə illik olaraq 6% artsa da, aprel ayında İngiltərədə minimum əmək haqqının 9.8% artırılması bu artım tempini daha da sürətləndirə bilər.
Son vaxtlara qədər iqtisadçılar İngiltərədə iyun ayında faiz dərəcəsinin azaldılacağını ehtimal edirdilər. Lakin, davam edən inflyasiya təzyiqləri bu ehtimalların noyabr ayına qədər təxirə salınmasına səbəb oldu.
Bu arada, çərşənbə günü açıqlanacaq aprel ayı ÜDM məlumatlarının birinci rübdəki 0.6%-lik güclü artımdan sonra, yavaşlayacağı proqnozlaşdırılır. 
Keçirilən sorğular Leyboristlərin Baş nazir Rişi Sunakın Mühafizəkarlarını məğlub edəcəyini göstərsə də, bəzi iş dünyası liderləri Leyboristlərin Britaniyanın son zəif inkişaf göstəricilərini geri çevirə biləcəyinə şübhə edirlər.
Ötən həftə ərzində 1.2816-a kimi bahalaşan GBPUSD məzənnəsi burada müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşdı və həftəlik şamını 1.2715 səviyyəsində tamamladı. 
"Buğarlar" qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 1.29$-a kimi davam edə bilər. 
Bank of Japan
Yaponiya Mərkəzi Bankının sədri Kazuo Ueda, BOJ cümə günü iki günlük iclasını yekunlaşdırarkən, bankın uzun müddət davam edən kəmiyyət yumşaltma proqramının azaldılmasına işarə etdi.
Cümə axşamı günü sədr Kazuo Ueda  BoJ-un onilliklər boyu davam edən stimullaşdırıcı monetar siyasətini dəyişmək üçün böyük istiqraz alışlarını azaltmağın məqsədəuyğun olacağını söylədi və bank rəsmilərinin mart ayında 2007-ci ildən bəri ilk artımını etdikdən sonra faiz artımlarına "ehtiyatla" davam edəcəklərini vurğuladı.
BoJ və Yaponiya hökuməti zəif valyutanın gözlənilən mülayim inflyasiya dövrünü və sabit maaş artımını poza biləcəyindən narahat olsa da, bunun yeni dəstəkləyib-dəstəkləməyəcəyi başqa məsələdir.
OİL
Ötən həftəyə 81.30$ həddindən başlayan "Brent" nefti, həftə ərzində 76.95$-a kimi ucuzlaşsa da, daha sonra bu həddən dəstək taparaq 79.60$-a kimi bahallaşdı və həftəlik şamını bu səviyyədə bağladı.
Cari həftə ərzində "Buğalar" qiyməti 82$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, "Ayılar"ın mövcud diktəsi artar və eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Ötən həftəyə 2329$ səviyyəsindən başlayan və 2388$-a kimi bahalaşan qızıl, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda 100$ ucuzlaşdı və 2287$ həddini test etdi. "Ayılar" qiyməti 2300$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 10 iyun 2024

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler kicik biznes valyuta mezennesi biznes xeberleri emlak xeberleri