BOKT "Falcon Finance"ın 2024-cü il üzrə maliyyə hesabatları – XALİS MƏNFƏƏTİ 2,4 DƏFƏ ARTIB

BOKT Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance" MMC 2024-cü ili 755 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 309 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Falcon Finance" MMC -nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 446 min manat və ya 2,4 dəfə artıb.
Marja.az Təşkilatını maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT "Falcon Finance"ın faiz gəlirləri 2023-cü ildə 1 milyon 547 min manat ikən, 2024-cü ildə 1 milyon 876 min manata yüksəlib (329 min manat və ya 21,3% artıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 10 min manata yaxın artaraq 47 min manat təşkil edib.
Ötən il BOKT "Falcon Finance"ın maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları 5,5 dəfə azalaraq təxminən 30 min manat təşkil edib (2023-cü ildə təxminən 165 min manat).
Ötən il BOKT "Falcon Finance" MMC inzibati və digər əməliyyat xərcləri 12,2 faiz azalaraq 702 min manat təşkil edib (2023-cü ildə 800 min manat).
Gəlirlərin artması, eyni zamanda maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaların, inzibati və digər əməliyyat xərclərini azalması  BOKT "Falcon Finance"ın mənfəətinin kəskin artmasını təmin edib.
BOKT "Falcon Finance" kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin yekunu ilə müqayisədə 546 min manat və ya 9,1% artaraq 31 dekabr 2024-cü il tarixində 6 milyon 532 min manata çatıb (31 dekabr 2023-cü il tarixində 5 milyon 986 min manat).
Hazırda 1 milyon manat nizamnamə kapitalına malik olan BOKT "Falcon Finance" 27 may 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Cəmiyyət  Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. BOKT "Falcon Finance"ın əsas fəaliyyəti kreditlərin təqdim edilməsindən ibarətdir.  
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance" MMC-nin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları – ƏTRAFLI 
BOKT BOKT BOKT BOKT BOKT

Banklar     Tarix: 27 may 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari