BOKT "KREDEX"in 2024-cü il üzrə maliyyə hesabatları - KƏSKİN BÖYÜYÜB VƏ MƏNFƏƏTİ ARTIB

BOKT BOKT "KREDEX" QSC 2024-cü ili 1 milyon 298  min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2023-cü ili 723 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 575 min manat və ya 79.5% artıb. 
2024-cü ildə BOKT-ın faiz gəlirləri 3 milyon 348 min manat, faiz xərcləri 845 min manat, qeyri-faiz gəlirləri 371 min manat, qeyri-faiz xərcləri 1 milyon 166  min manat, müştərilərə verilən kreditlər üzrə mümkün zərələrin ödənilməsi üçün xüsusi ehtiyat 84 min manat təşkil edib. Beləliklə BOKT 2024-cü ili 1 milyon 624 min manat balans mənfəət ilə başa vurub.
BOKT Bu il yanvarın 1-nə BOKT-ın aktivləri 12 milyon 244 min manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 80.9% çoxdur. Bunun 11 milyon 987 min manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-nın kredit portfeli 80.8% böyüyüb.
Hesabat dövründə BOKT-nın öhdəlikləri keçən ilə nisbətən 85.3% artaraq 10 milyon 645 min manata, balans kapitalı isə 1 milyon 598 min manata çatmışdır.
Xatırladaq ki, BOKT"Kredex"QSC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
BOKT "KREDEX" QSC 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə və kənar audit hesabatları - ƏTRAFLI
BOKT BOKT BOKT BOKT BOKT / marja.az

Banklar     Tarix: 27 may 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari