Böyük Britaniya maliyyə ilinin ilk yarısında hədəfdən artıq borclanıb
Böyük Britaniya maliyyə ilinin ilk 6 ayında planlaşdırılandan daha çox borclanaraq, noyabr ayında təqdim olunacaq büdcədə yeni vergi artımları və bəzi xərclərin azaldılması ilə bağlı gözləntiləri gücləndirib.
Biznes.az xəbər verir ki, Milli Statistika İdarəsi sentyabr ayında dövlət sektorunun xalis borclanmasının 20,2 milyard funt sterlin olduğunu açıqlayıb. Ötən ilin eyni dövründə bu rəqəm 18,6 milyard funt sterlin idi. İlk altı ayda ümumi borclanma 99,8 milyard funt sterlinə çataraq, Büdcə Məsuliyyəti Ofisinin mart proqnozlarında göstərilən 92,5 milyard funt səviyyəsini ötüb.
Xəzinə naziri Reyçel Rivz-in 26 noyabrda parlamentə təqdim edəcəyi büdcədə borclanmanı nəzarət altına alacaq yeni tədbirləri açıqlayacağı gözlənilir.
"Barclays" bankının baş iqtisadçısı Cek Mininq isə bazarların büdcəni "uzun zamandır görünməmiş dərəcədə diqqətlə" izlədiyini bildirərək, etibarlı borc azaldılması planının vacibliyinə diqqət çəkib.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?