Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra müddəti uzadıla bilər

Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra müddəti uzadıla bilərNövbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün cari ilin ilkin proqnozundan çox, yenidən baxılmış göstəricisindən isə az vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilib.
Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra müddəti uzadıla bilərQeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2024-cü ilin ilkin təsdiq edilmiş proqnozundan 175 milyon manat və ya 4,6% çox, yenidən baxılmış göstəricisindən isə 855,8 milyon manat və ya 17,6% azdır.
"2025-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əvvəlki ilə nisbətən azalma ilə vəsaitin nəzərdə tutulması "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icra müddətinin uzadılması ilə nəticələnə bilər",- Rəydə deyilir.
2024-cü ilin 8 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə müvafiq sifarişlər əsasında 2 milyard 933,2 milyon manat məbləğində icra edilmişdir ki, bu da həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 60,4%-nə bərabərdir. Bu da dövlət büdcəsi xərclərinin 2024-cü ilin rüblük və aylar üzrə bölgüsünə əsasən 2024-cü ilin ilk 8 ayı ərzində icra edilmiş vəsaitə nisbətən 4,1 faiz bəndi çoxdur.
Qeyd edilib ki, Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər işğaldan azad olunmuş ərazilərdə mümkün bəzi layihələrin (ticarət binası, market binaları və s.) qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilməsinin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşdirilməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılmasının dövlət büdcəsinin vəsaitləri üzrə qənaətlilik prinsiplərinə əməl olunması ilə nəticələnəcəyini deməyə imkan verir.
Hesablama Palatasına işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı icraçı qurumlar tərəfindən təqdim edilmiş məlumatların təhlili ilə bəzi layihələr üzrə əvvəlki illərdən iri məbləğdə qalıq dəyərin sifarişçinin (dövlət mülkiyyətli hüquqi şəxsin) əsas fəaliyyətdən əldə etdikləri gəlirlər hesabına davam etdirildiyi müşahidə edilmişdir ki, bu hal investisiya yönümlülük və qənaətlilik aspektindən müsbət hal kimi qiymətləndirilir. Bu kimi halların kommersiya prinsipi ilə fəaliyyət göstərən sifarişçilər tərəfindən bir sıra layihələrə də şamil edilməsinin büdcə vəsaitinə qənaətlə yanaşı, layihələrin vaxtında icrasının başa çatdırılmasına müsbət töhfə verəcəyi qənaətindəyik. / marja.az

Maliyyə     Tarix: 19 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri